Şənbə, 27.04.2024, 02:51:48


SİZİ SALAMLAYİRAM Гость | RSS


DAXİL OLMA FORMASI
SAYTIN MENYUSU


BÖLÜMÜN KATEQORİYALARI
free counters



Главная » 2009 » Dekabr » 5 » VİRUSLAR...
17:27:09
VİRUSLAR...



Virus proqramları və ya kompüter virusları - Müxtəlif vasitələrlə bir kompüterdən digər kompüterə keçməyə cəhd edən, faylların korlanmasına (dəyişdirilməsi və ya silinməsi) gətirən və ya istifadəçinin işinə mane olan, digər proqramlarda gizlənmiş kiçik həcmli proqramlardır.

Virus proqram özünü təxminən bioloji virus kimi aparır: çoxalır, maskalanır və ziyanlı təsirlər göstərir (əməliyyatlar yerinə yetirir).
Virus özgə disketlərdən, elektron poçt və ya digər İnternet resurslarından istifadə edilən zaman təhlükə yarada bilər, bu zaman lazım olmayan və tanımadığınız məktub və resursları maksimum dərəcədə məhdudiyyətlə istifadə etməniz məsləhətdir.

Tarixi :
Kompüter virusları təxminən 1980-ci illərin əvvəllərində meydana çıxmışdır.

«Kompüter virusu» termini 1984-cü ildə ABŞ-da keçirilən informasiya təhlükəsizliyi üzrə 7-ci konfransda Fred Koen tərəfindən işlədilmişdi.

Virus proqramlarının təsnifatı :

Virusları aşağıdakı əlamətlərə görə təsnif etmək olar:
Yaşayış mühitinə görə: Fayl virusları (com, exe, bat, doc virusları), yükləmə virusları, makro viruslar;
Yaşayış mühitini yoluxdurma üsuluna görə: Rezident və qeyri-rezident;
Əməliyyat sisteminə görə: MS-DOS virusları, Windows virusları, NIX virusları və s.;
Destruktiv imkanlarına görə: Ziyansız, təhlükəsiz, təhlükəli, çox təhlükəli;
Virus alqoritminin xüsusiyyətlərinə görə: «tələbə» virusları, kompanyon-viruslar, «soxulcanlar» (worm), «stels»-viruslar («görünməz» viruslar), «polimorf»-viruslar (özüşifrlənən viruslar), şəbəkə virusları və s.

Virusların yaradılması :
Hər gün 10-15 yeni növ virus meydana çıxır.
Virusların miqdarı həndəsi silsilə üzrə artır.
Bunu statistika və real həyat təsdiq edir.
1990-cı ildə təxminən 500 virus,
1992-ci ildə - 3 000,
1994-cü ildə - 5 000,
1996 – 9 000,
1999 – 30 000,
2001 – 50 000,
2004-cü ildə 112 000-dən çox virus məlum idi.

Kompüter viruslarının sayının artması ilk növbədə onunla bağlıdır ki,
proqramlaşdırmanı bir qədər öyrəndikdən sonra istənilən şəxs virus yaza bilər.

Bu işdə ona leqal və qeyri-leqal ədəbiyyat, virusların yazılması üçün xüsusi proqram təminatı kömək edə bilər.
Hətta müxtəlif mutasiya generatorları mövcuddur ki, birinci kurs tələbəsinin yaratdığı sadə virusdan onun köməyi ilə mürəkkəb virus yaratmaq olar.
Virusların yayılması Şəbəkə və kommunikasiya texnologiyalarında hər bir yenilik virusların yaradılması və yayılması üçün yeni imkanlar, yollar açır.
Yaxın vaxtlara kimi viruslar disketlər və digər daşıyıcılar vasitəsi ilə yayılırdı,lakin İnternet viruslar üçün geniş magistral açdı.

2003-cü ildə Slammer "soxulcanı" 10 dəqiqə ərzində 75 min kompüter yoluxdurmuşdu.
1999-cu ildə ilk dəfə dünya miqyasında virus epidemiyası yaranmışdı.
Melissa virusu on minlərlə kompüteri yoluxdurmuş və 80 milyon dollar ziyan vurmuşdu.
Bu insidentdən sonra dünyada antivirus proqramlara böyük tələb yarandı.
2000-ci ilin mayında Melissanın rekordunu bir neçə saat ərzində milyonlarla kompüteri yoluxdurmuş I Love You! virusu təzələdi.
Hal-hazırda praktik olaraq virusla "yoluxdurmaq" mümkün olmayan fayl növü qalmamışdır.
Artıq mobil telefonları və proqram təminatından istifadə edən dizər qurğuları yoluxduran viruslar da sürətlə yayılır.
Virus müəllifləri təkcə texnoloci zəifliklərdən deyil, "psixoloji" zəifliklərdən də istifadə edirlər.

Virus proqramlar 3 məqsəqlə yaradılır:
1)İntiqam,
2)Kommersiya,
3)Özünü təsdiq.

Virusun aşkar edilməməsi üçün o çox kiçik həcmə malik olmalıdır.
Odur ki, virus proqramları çox zaman Asembler proqram dilində yazılır.

Bir neçə təhlükəsizlik qaydaları :


*******
Brauzerinizi düzgün quraşdırılmamış, şübhəli tərkibli saytlara daxil olmayın.
*******
Daxil olduğunuz halda oradan heç bir şey qəbul etməyin.
*******
Qəbul etdikdə, onu dərhal açmadan antivirusun yoxlanmasına verin.
*******
İstənilən antivirus standart hücum kodunu dərhal tapır...
Ağıllı düşünülmüş qeyri standart kodu isə heç bir antivirus tapa bilməz.
Heç kəs sizə heçnədən hücum etməyəcək, amma əgər bilirsinizsə ki, hücuma məruz qala bilərsiniz, firewalla ehtiyatlansanız pis olmaz.
Bu açıq portlardan gələn hücum kodlarının və ya sizin kompüterə artıq düşmüş "troyan"ın qarşısını alar.
*******
"Spam" kimi gələn məktubları açmadan dərhal silin.
*******
Asan yazılıb pozula bilən xarici daşıyıcılardan məlumatı yükləməmişdən öncə onu antivirusla yoxlayın!
*******
Profilkatika üçün isə bütün kompüteri ayda bir dəfə yoxlamaq məsləhətdir.

P.S. ( Allah hər-bizimizi viruslardan uzaq Etsin !!! )



Категория: ELM VƏ HƏYAT | Просмотров: 1990 | Добавил: RovshenK | Рейтинг: 0.0/0
Всего комментариев: 1
1 nesib   (07.12.2009 21:33:05) [Material]
cox maraqlidir

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]




Hava haqqında

muellif:Rovshen Kesemenli © 2024