Cümə, 26.04.2024, 14:16:22


SİZİ SALAMLAYİRAM Гость | RSS


DAXİL OLMA FORMASI
SAYTIN MENYUSU


BÖLÜMÜN KATEQORİYALARI
free counters



Главная » 2009 » Dekabr » 15 » TÜRKÜN DOSTU TÜRK OLANDA VƏ YAXUD BABUR İMPERATORLUĞU.
12:37:19
TÜRKÜN DOSTU TÜRK OLANDA VƏ YAXUD BABUR İMPERATORLUĞU.

"Türklər ilə qovğaya girmə, türklərin çevikliyi və qəhrəmanlığı məlumdur”.

"Baburnamə”dən

 

          Orta əsrlərdə Osmanlı, Səfəvi, Teymuri kimi möhtəşəm imperatorluqların qarşısında duruş gətirə biləcək nə şərqdə, nə də qərbdə elə bir qüvvə yox idi. Avropalılar türk qılıncından yaxa qurtarmaq üçün kilsələrində yaranadlarından kömək almaq üçün gecə-gündüz ibadət edirdilər. Qənaətləri isə bu oldu ki, türkün qılıncından onları yalnız türkün özü qoruya bilər. Belə də oldu, qərbin riyakar siyasəti baş tutdu. Məlum qardaş qırğınları baş verdi. Çaldıranda, Ankarada, Tərcanda kimin qanını tökdüyünü fikirləşəndə adamı dəhşət bürüyür. Bu vurhavurda yalnız bir dövlət soyuna, dininə, dilinə sadiq qalıb qardaşları ilə yalnız dostluq əlaqələri qurdu. Bu Hindistanda qurulmuş Babur türk imoeratorluğudur.

          Zəhirəddin Mahmud Babur 14 fevral 1483-cü ildə Fərqanədə doğulub. Baburun atası Ömər Şeyx Teymurun, anası Qutluq Nigar xanım isə Çingizin nəvəsidir. Iki böyük türk hökmdarının qanını daşıyan Babur şah qısa həyatında gördüyü böyük işlərlə onlara layiq bir nəvə olduğunu isbat etmişdir. Fərqanə hökmdarı Ömər Şeyx 1494-cü ildə öldükdən sonra onun yerinə böyük oğlu Babur keçir. Baburun bu zaman on bir yaşı var idi. Lakin quhumları tərəfindən taxtdan salınır. Özünə sadiq bəylərlə 1504-cü ildə Kabilə gedir. Baburun ən böyük qəhrəmanlıqlarından biri 1526-cı ildə 13 000 qoşunuyla İbrahim Ludinin 100 000 əsgəri, 1000 fildən ibarət ordusunu Panipat döyüşündə məğlub etməsidir. Amma odlu silaha malik idi. Osmanlı ilə qardaşlıq və dostluq bu üstünlüyü ona vermişdi. Osmanlı türklərindən Mustafa Rumi adlı zabitin başçılıq etdiyi bir topçu birliyi vardı. Babura qələbə qazandıran da bu topçu birliyi oldu. Bu döyüşdə Dehli sultanı İbrahim Ludi öldürüldü. Bundan sonra Dehliyə girən Babur 1526-cı ildə Hind-Türk omperatorluğunu qurdu. Birinci Moğol imperatoru bağ-bağçanı çox sevərmiş. Hindistanda yaxşı bağlar saldırmış, yaxın Şərqdən bura üzüm, qovun gətirmişlər. Babur eyni zamanda yazıçı, şair, alim idi. Babur xətti adı ilə tanınan bir yazı növü icad etmişdi. Hindistanda Orta Asiya türkcəsini rəsmi dil elan etmişdi. Ancaq Baburun misilsiz əsəri olan "Baburnamə”ni türk tarixinin bütün zamanlarının ən dəyərli xatirat əsəri adlandırırlar. 1530-cu ildə Aqrada ölsə də, Kabildə dəfn edilib. 1646-cı ildə nəvəsi Şahcahan qəbri üzərində möhtəşəm bir türbə tikdirib. Yuxarıda Osmanlı yardımı ilə dövlətin qurulmasını gördük. Lakin Babur öldükdən sonra dövlətin daxilində vəziyyət çətinləşdi. Bu dəfə də türkün köməyinə yenə türk gəldi. Belə ki, 1510-cu ildə Şeybaniləri Mərv döyüşündə məğlub edən İsmayılın Səfəvi dövlətinin sərhəddi cənub-şərqdə Moğollar ilə həmsərhəd idi. Səfəvilər I Şah İsmayılın dövründə Baburla əla münasibətlər yaratmışdılar. 1530-cu ildə taxta çıxan Baburun oğlu Humayun Sur dövlətini qurmağa çalışan Şirxan tərəfindən məğlub edilir. Hakimiyyətdən salınan, arvadı, qulluqçusu və 40 etibarlı adamı ilə Humayun şah təqibdən yaxa qurtarmaq üçün Səfəvilərə sığınır. I Şah Təhmasib tərəfindən mehribanlıqla qarşılanır. Humayun Azərbaycanda olduğu vaxt Təbriz və Ərdəbili gəzir. Şəhər əhalisi möhtərəm qonağı böyük təmtəraqla qarşılayır. Humayun Ərdəbildə Şeyx Səfiəddinin türbəsi qarşısında baş əyir. I Təhmasib Budaq xan Qacar, III Şahverdi bəy Ustaclı olmaqla on iki min nəfərlik qızılbaş ordusunu Humayunun sərəncamına verir. Humayun isə öz növbəsində həmin hərbi yardımla Hindistana yola düşür və düşməni Şirxanı darmadağın edib, taxt-tacı özünə qaytarır. Moğol şahı bu köməyin müqabilində Səfəvi-Moğol münasibətinə soyuqluq gətirən, hər il 40 min tümən gəlir verən Qəndəharı Səfəvilərə güzəştə gedir. Humayun şah 1556-cı ildə kitabxanasının yüksək rəflərindən kitab götürməyə çalışarkən nərdivandan yıxılıb ağır yaralanır. Bu zaman Bədəxşanda əfqanlar qiyam qaldırır. Vəziyyətin ağırlığını görən şah sarayında qonaq olan Osmanlı dəniz kapitanı Seydi Əli Rəis şahın ölümünü gizli saxlatdırır. Əkbər Bədəxşanda qiyamı yatırdıqdan sonra 1556-cı ildə on dörd yaşında taxta çıxır və səltənəti 49 il idarə edir.

          Əkbər şah xalqın dövlət üçün deyil, dövlətin xalq üçün var olduğunu hamıya başa salır. Əkbər ağıllı dövlət başçısı, qüdrətli, ağıllı bir sərkərdə idi. 1552-62-ci illər hərbi səfərləri zamanı Pəncab və Kabulu öz dövlətinə birləşdirdi. Əsrin sonlarına yaxın isə Benqaliyanı, Kəşmir və Dekanı tutur. Əkbər şah müsəlman idi. Sünnülük ruhunda tərbiyə almışdı. Sonra isə başqa məzhəblərə asanlıqla qarışan şiəliyə üstünlük verir. Aydındır ki, onun təbəələrinin çoxu hindus idi. Bunlar arasında qızıl xətti tapmaqda Əkbər şah çox da çətinlik çəkmir. 1562-ci ildə hindus Racpud sülaləsindən bir qadınla evlənir. Bütün dinləri azad elan etsə də, cinayətkarlar müsəlman dininin qanunları ilə mühakimə edilir.

          Əkbər şah 1603-cü ildə xəstələnir və nitqi tutulur. Oğlu Cahangiri çağıraraq ona öz əliylə qılınc qurşayır, hökmdarlıq sarğısını başına qoyur. 1605-ci ildə isə dünyasını dəyişir.

          Orta əsrlərin sonuna yaxın dünya ağalığı uğrunda türklərin-türklərlə mübarizəsi ən qanlı həddə çatmışdı. Onlar arasında qardaş qırğını gedən vaxt İngiltərə, Fransa, Hollandiya şərqdə rahatlıqla müstəmləkələr ələ keçirirdi. Bu mənada Hindistan uğrunda mübarizə daha qanlı idi. Nəhayət, İngiltərə Hindistanın tam sahibinə çevrilir.

Bu gün Hindistan tarixini zənginləşdirən tarixi memarlıq abidələri türk hökmdarlarının sifarişi ilə tikilib. "Qütbə minar”, "Qüvvət-ül-İslam”, "Tac-Mahal” belə abidələrin daha məşhurlarıdır. Qərbdən isə heç nə qalmayıb. 300 ilə qədər ingilis iqtisadiyyatı Hindistanın talan edilməsi hesabına inkişaf etdi, abad bir ölkəyə çevrildi. Nehru yazır ki, Avropalılar Asiyaya və onun xalqlarına xor baxıb, əllərinə keçəni talayıb aparmışlar. Bütün dünyanın nəzərləri Asiyaya çevrilmişdir, çünki hər kəs bilir ki, gələcəkdə böyük rolu o oynayacaqdır.

 


Ağstafa şəhər texniki-humanitar

təmayüllü liseyin tarix müəllimi:

 

Qurbanov Dilavər İsgəndər oğlu.

Категория: TARİX DANIŞIR | Просмотров: 1490 | Добавил: RovshenK | Рейтинг: 2.5/2
Всего комментариев: 6
6 Elxan   (04.05.2014 01:01:08) [Material]
esl tarix bax budur.

5 panturkist   (15.01.2010 12:32:19) [Material]
maraqlidi...meqaleni yazana ve sayta yrleshdirene teshekkur!!!!

4 elnur   (19.12.2009 11:03:25) [Material]
ok tesekur

+1   Спам
2 BIZIMLISEY.TK   (17.12.2009 21:42:49) [Material]
BU MEQALENİ BİZ OZ SAYTİMİZDA VERMEK İSTEYİRİK İCAZE VERİRSİZ

3 RovshenK   (18.12.2009 14:33:32) [Material]
Götürə bilərsiniz! wink

1 ADMİN   (15.12.2009 14:40:13) [Material]
BIZİMLƏ ƏMƏKDAŞLIQ ETDİYİ ÜÇÜN DİLAVƏR MÜƏLLİMƏ DƏRİN TƏŞƏKKÜRÜMÜZÜ BİLDİRİRİK!

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]




Hava haqqında

muellif:Rovshen Kesemenli © 2024