Главная » 2010 » Mart » 26 » Rus riyaziyyatçı 1 milyon dollardan imtina edir
14:44:58
Rus riyaziyyatçı 1 milyon dollardan imtina edir
Rusiya riyaziyyatçısı Qriqori Perelman layiq görüldüyü Filds mükafatını (Fields Medal) almaqdan imtina edir. BBC-yə istinadən xəbər verilir ki, Perelman 1 milyon dollar dəyərində
olan mükafat Puankare teoremini isbat etdiyinə görə layiq görülüb.
Lakin Perelman 1 milyonluq mükafata layiq görülməsinə heç sevinmir.
Bundan əlavə, o mükafatı almağa da tələsmir.
Sankt-Peterburqdakı
"İsti ev” uşaqlara yardım Xeyriyyə Fondu isə Perelmana məktub
ünvanlayaraq onu mükafatı alaraq Fonda keçirməyə dilə tutur.
Məlumata
görə, 43 yaşlı Perelman Sankt-Peterburqda sadə evdə anası ilə birlikdə
yaşayır. O artıq riyaziyyatdan uzaqlaşıb, son 4 ildə həmkarları ilə
ünsiyyət saxlamır.
Xeyriyyə fondu məktubunda bildirir ki,
"sizin mükafatdan imtina etmək qərarınız bir çoxları üçün etik nümunə
olub”. Məktəb illərindən riyaziyyat dahisi hesab olunan Perelman yerli
jurnalistlərdən birinə "Mənə lazım olan hər şeyim var”deyib.
Daily Mail qəzeti yazır ki, Perelman jurnalistlə mənzilinin bağlı qapısı arxasından danışıb.
Qeyd
olunur ki, Perelman 4 il əvvəl nüfuzlu Filds mükafatına layiq görülüb
və tarixində ilk riyaziyyatçı kimi bu prizdən imtina edib. "Məni pul və
ya şöhrət maraqlandırmır. Mən istəmirəm ki, insanlar mənə zooparkdakı
yırtıcı kimi baxsınlar. Mən heç də riyaziyyat qəhrəmanı deyiləm, o
qədər də uğurlu riyaziyyatçı da deyiləm və buna görə də istəmirəm mənə
baxsınlar”,deyə Perelman bildirib.
Rusiya Federasiya
Şurasının sədri Sergey Mironov öz qərarını qəbul etməsi üçün
riyaziyyatçını rahat buraxmağa çağırıb. Mironov "başqaların cibindəki
pulları saymaq ədəbsizlikdir”deyib.