İkinci Dünya Müharibəsindən sonra dünya 
dövlətləri xüsusi şəraitlərdə əməliyyatlar apara bilən, yüksək 
hazırlıqlı xüsusi təyinatlı qoşunların yaradılmasına böyük diqqət 
yetirilməyə başladılar. Müxtəlif əməliyyatlarda iştirak edərək özünü bu 
və ya digər formada göstərən xüsusi təyinatlılar demək olar ki, bütün 
ölkələrdə Silahlı Qüvvələrin ən etibarlı və seçmə birləşməsi sayılır. 
 
Bu gün dünyada "Kommandos”, "Bordo Bereli”, 
"SAT/SAS”, "Reyncer”, "Delta Forçe”, "Alfa”, "Vımpel”, "Amor”, 
"Skorpion”, "Yeger”, "Group A”, və s. şərti adlarla tanınan xüsusi 
təyinatlı dəstələr mövcuddur.