Cümə axşamı, 25.04.2024, 14:24:41


SİZİ SALAMLAYİRAM Гость | RSS


DAXİL OLMA FORMASI
SAYTIN MENYUSU


BÖLÜMÜN KATEQORİYALARI
free counters



Главная » 2009 » Noyabr » 22 » AĞSTAFA
10:55:08
AĞSTAFA



 

 

 

 

Ağstafa - Azərbaycanda rayon. Ağstafa rayonu 1939-cu ildə təşkil olunub, 1959-cu ildə ləğv edilərək ərazisi Qazax rayonu ilə birləşdirilmiş, 1991-ci ildə yenidən müstəqil rayon olmuşdur. Bakı-Tbilisi dəmir yolu rayonun ərazisindən keçir.

 

Ağstafa rayonunun ərazisi 1504 kv. km, əhalisinin sayı 2004-cü ilin yanvarın 1-nə olan statistik məlumata görə 75700 nəfərdir.

 

Sərhəd rayonlar, ölkələr və ərazilər

 

Gürcüstan Respublikası , Ermənistan Respublikası, Tovuz və Qazax rayonları.

 

Coğrafiyası

 

Rayon Azərbaycanın qərbində, Böyük Qafqaz dağlarının ətəklərində, Gürcüstan və Ermənistanla sərhəddə yerləşir. Rayonun iqlimi mülayimdir. Azərbaycanın ən böyük çayı olan Kür və Kürün qolu – Ağstafaçay, eləcə də bir neçə kiçik çay bu rayonun ərazisindən axır. Candargöl gölü də bu rayonda yerləşir. Kürün sahilində tuğay meşələrini qoruyub saxlamaq məqsədilə yaradılmış «Qarayazı» qoruğu sahilində yerləşir.

 

Ağstafa rayonu Azərbaycan Respublikasının şimal-qərb hissəsində Böyük və Kiçik Qafqaz sıra dağlarının arasında, Gəncə-Qazax maili düzənliyində yerləşir. Əlverişli təbii-coğrafi mövqedə yerləşən rayon təkcə Azərbaycanda deyil, bütövlükdə Cənubi Qafqazda ən qədim insan məskənlərindən biridir.

 

Rayon ərazisinin 3510 hektar sahəsini meşəliklər örtür. Bunun da əsas hissəsi Tuqay meşələridir. 9658 hektar sahəni əhatə edən Qarayazı Dövlət qoruğunda adı "Qırmızı kitab"a düşmüş bir sıra bitki və quşlar qorunur.

 

Tarixi

 

Tədqiqatçıların fikrincə Azərbaycanın təbii-coğrafi mühiti, relyefi, ən azı üç milyon il bundan əvvəl formalaşıb və ən qədim insanın yaranması, formalaşması üçün əlverişli şərait olubdur. Ərazidən tapılan qədim paleolit abidələri bu bölgənin insanın əmələ gəlməsi regionlarından olmasını təsdiqləyir. Töyrətəpə, Şomutəpə, Qarğalar təpəsi və s. bu kimi qədim yaşayış məskənlərində aparılmış arxeoloji araşdırmalar e.ə. VI-V minilliyi əhatə edən bir dövrdə əkinçiliyin, maldarlığın inkişaf etməsini, oturaq həyat tərzinin formalaşmasını və misdən soyuq döymə üsulla müxtəlif əşya və bəzəklərin düzəldiyini aşkar etmişdir.

Hazırda rayonun Aşağı Göyçəli kəndi ərazisində neolit-tunc dövrünü əhatə edən Töyrətəpə yaşayış yeri, Dağ Kəsəmən kəndi ərazisində tunc-ilk dəmir dövrünə aid olan qədim yaşayış yeri və qəbiristanlıq (Çoban daşı) kimi dünya əhəmiyyətli abidələr mövcuddur.

 

Ağstafa rayonu inzibati rayon kimi 1939-cu ilin yanvarın 24-də təşkil olunmuş, 1959-cu il dekabrın 4-də ləğv edilib Qazax rayonuna birləşdirilmişdir. 1990-cı ilin aprelindən Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Qazax rayonundan ayrılaraq yenidən rayon statusu almışdır. Ağstafa rayonu bir şəhər, doqquz qəsəbə və iyirmi doqquz kənddən ibarətdir. 1990-cı ildə Ağstafa rayonu inzibati vahid kimi Qazax rayonunun tərkibindən ayrıldıqdan sonra yaşayış məntəqələrinin bir neçəsinin adı dəyişdirilmişdir. Uzun illər Sovet dövrünün partiya xadimlərinin adını daşıyan və Sovet hakimiyyətini tərənnüm edən yaşayış məntəqələrinin adları yeni adlarla əvəz olunmuşdur. Belə ki, Kalininkənd, İskra, Marsovka, Oraq-Çəkic, V.İ.Lenin adına qəsəbə kimi yer adları dəyişdirilərək, xalqın inkişaf tarixinə və mədəniyyətinə uyğun adlarla əvəz olunmuşdur:

Kalininkənd - Vurğun qəsəbəsi adı ilə (1990-cı il),

Kirovkənd - Həsənsu kəndi adı ilə (1990-cı il),

İskra- Aşağı Kəsəmən kəndi adı ilə (1990-cı il),

Marsovka - Xətai kəndi adı ilə (1992-ci il)),

Oraq-Çəkic - Qaçaq Kərəm kəndi adlandırılmış,

V.İ.Lenin adına qəsəbə Böyük Kəsik kəndi ilə birləşdirilmişdir.

 

2004-cü ildə rayonun inzibati bölgüsündə dəyişiklik edilərək yeni yaşayış məntəqələri qeydiyyata alınmışdır. Uzun illər Xutor adlanan yaşayış məntəqəsi Ağgöl adlandırılaraq rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir.

 

Abidələri

 

Rayon ərazisində çoxsaylı arxeoloji və tarixi abidələr var. Onların arasında Aşağı Göyçəli kəndindəki Töyrətəpə adlı, tunc dövrünə aid insan məskəni və Dağ Kəsəmən kəndində tunc dövrünün sonu – dəmir dövrünün əvvəlinə aid Çobandaşlı adlı məskən dünya əhəmiyyətli abidələr sırasına daxil edilmişdir.

 

Bu cür abidələrlə rayonun başqa yerlərində da rast gəlmək olar. Köçəsgər kəndinin yaxınlığında Molla Nağı təpəsi (daş dövrü), tunc və dəmir dövrlərinə aid Durnatəpə, Böyüktəpə, Şiş Quzeyi Piri və orta əsrlərə aid Haca Dağ Piri adlı abidələr, Ağstafa şəhərinin yaxınlığında tunc və dəmir dövrlərinə aid Cantəpə, Yastıtpə qədim yaşayış yerləri. Tatlı, Yuxarı Göyçəli, Həsənsu, Aşağı Göyçəli kəndlərini də qeyd etməliyik.

 

Arxeoloji qazıntılar zamanı bu ərazidə tapılmış küpələr, boyunbağılar, kasalar, vazalar, müxtəlif məişət əşyaları yerli diyarşünaslıq muzeyində saxlanır. Memarlıq abidələri xüsusi maraq doğurur: XVII əsrə aid qüllə, Qıraq Kəsəmən kəndində XIX əsrə aid məscidlər, Kolxəlfəli, Qarahəsən, Dağ Kəsəmən və başqa kəndlərdə XIX əsrdə tikilmiş məscidlər və s.

null

Tarixi və memarlıq abidələrinin siyahısı

 

Daş dövrünə aid olan abidələr:

 

1. Paleolit düşərgəsi yaşayış yeri (paleolit) - Köçəsgər kəndi

2. Açıq paleolit düşərgəsi (paleolit) - Tatlı kəndi

3. Töyrətəpə yaşayış yeri (neolit - tunc dövrü) - Aşağı Göyçəli kəndi

4. I Şomutəpə yaşayış yeri (neolit) - Ağstafa şəhəri

5. Qarğalar təpəsi yaşayış yeri (neolit) - Qırılı kəndi

6. Arzamastəpə yaşayış yeri (neolit) - Vurğun qəsəbəsi

7. Molla Nağı təpəsi (daş dövrü - eneolit) - Köçəsgər kəndi

8. Kiçik təpə yaşayış yeri (daş, eneolit və tunc) - Aşağı Göyçəli kəndi

9. Çəpiiş təpəsi yaşayış yeri (eneolit - tunc) - Həsənsu çayının ətrafı

10. Çinlitəpə yaşayış yeri (eneolit) - Tatlı kəndi

 

Tunc dövrünə aid olan abidələr:

 

1. Qədim yaşayış yeri və qəbiristanlıq (çoban daşı) (tunc - ilk dəmir dövrü) - Dağkəsəmən kəndi

2. Cantəpə yaşayış yeri (tunc) - Ağstafa şəhəri

3. Sarı qaznaq qəbiristanlığı (tunc) - Köçəsgər kəndi

4. Alcaqtəpə yaşayış yeri (tunc-dəmir) - Tatlı kəndi

5. Alcaqtəpə yaşayış yeri (tunc) - Tatlı kəndi

6. Qabaqtəpə yaşayı yeri (tunc-dəmir) - Pirili kəndi

7. Yastıtəpə yaşayış yeri (son tunc) - Ağstafa şəhəri

8. Durnatəpə yaşayış yeri (son tunc - ilk dəmir) - Köçəsgər kəndi

9. Böyüktəpə yaşayış yeri (son tunc - ilk dəmir) - Köçəsgər kəndi

10. Hasarlıtəpə yaşayış yeri (son tunc - dəmir) - Yuxarı Göyçəli kəndi

11. Sarıtəpə yaşayış yeri (son tunc - dəmir) - Yuxarı Göyçəli kəndi

12. Qoşatəpə yaşayış yeri (son tunc - dəmir) - Yuxarı Göyçəli kəndi

13. Hasarlıqala qədim yaşayış yeri (son tunc - dəmir) - Tatlı kəndi

14. II Şomutəpə yaşayış yeri (tunc - ilk dəmir) - Yuxarı Göyçəli kəndi

15. Nadir bəy təpəsi yaşayış yeri (son tunc) - Həsənsu kəndi

16. Ağalıq təpəsi yaşayış yeri (son tunc - ilk dəmir) - Ağstafa-Qazax şosse yolu

17. Arançı təpəsi yaşayış yeri (son tunc - dəmir) - Ağstafa-Dağkəsəmən yolu

18. Dəyirmantəpə yaşayış yeri (son tunc - ilk orta əsr) - Dağkəsəmən yolu

19. Ağtəpə yaşayış yeri (son tunc - antik dövr) - Aşağı Göyçəli kəndi

20. Maraltəpə yaşayış yeri (son tunc - antik) - Aşağı Göyçəli kəndi

21. Şiş Quzey piri (dəmir dövrü) - Köçəsgər kəndi

22. Nekropol (antik dövr) - Pirili kəndi

 

Orta əsrlərə aid olan abidələr:

 

1. Tatlı Alban məbədi (ilk orta əsrlər) - Yuxarı Göyçəli və Tatlı kəndləri arasında

2. Haça dağ airi tikilisi (orta əsrlər) - Köçəsgər kəndi

3. Yaşayış yeri (IV-VII əsrlər) - Dağkəsəmən kəndi

4. Kəhriz (XIX əsr) - Kolxələfli kəndi

 

Mədəniyyət, Təhsil və Səhiyyə Müəssisələri

 

Rayonda 35 məktəbəqədər uşaq müəssisəsi, 39 ümumtəhsil məktəbi, 13 xəstəxana və tibb mərkəzi və 40 mədəniyyət ocağı var

 

Qəsəbələr / Kəndlər

 

Vurğun, Poylu, Qıraq Kəsəmən, Dağ Kəsəmən, Köçəsgər, Aşağı, Kəsəmən, Zəlimxan, Tatlı, Köhnə Qışlaq, Yaradullu, Düzqışlaq, Kolayır, Pirili, Kolxəlfəli, Muğanlı, Sadıxlı, Köçvəlli, Qarayazı, Həzi Aslanov, Soyuq Bulaq, Soyuq Bulaqlar, Xətai, Yenigün, Aşağı Göycəli, Qaçaq Kərəm, Eynallı, Yuxarı Göycəli, Qırılı, Böyük Kəsik, Saloğlu, M.Mİkayılov adına Qoyunçuluq sovxozu.

 

 

 

İqtisadiyyat

 

Azərbaycanın kənd təsərrüfatı rayonlarındandır. Əsasən pambıqçılıqla məşğul olurlar. Rayonda pambıqtəmizləmə, kərpic-kirəmid zavodları, xalça sexi, lokomotiv deposu və başqa müəssisələr vardır.

 

Mənbələr

Bələdiyyə İnformasiya Sistemi

Azərbaycan

Mülki cəmiyyətə doğru Mərkəzi (MCD)          Ağstafa rayonu kənd/qəsəbələri          

 

Rayon: Ağstafa

Kənd/qəsəbələri:

Alekseyevka, Aşağı Göycəli, Aşağı Kəsəmən, Bəyazatlı, Böyük Kəsik, Ceyrançöl, Dağ Kəsəmən, Düzqışlaq, Eynallı, Göycəli, Həsənsu, Həzi Aslanov, Köçəsgər, Köçvəlili, Köhnəqışlaq, Kolayır, Kolxəlfəli, Kukheti, Mollacəfərli, Muğanlı, Orta Salahlı, Pirili, Poylu, Poylu, Qaçaq Kərəm, Qarahəsənli, Qarayazı, Qıraq Kəsəmən, Qırılı, Sadıqlı, Salahlı, Saloğlu, Şəkərli, Soyuqbulaq, Soyuqbulaqlar, Tatlı, Vurğun, Xətai, Xılxına, Yaradullu, Yenigün, Zəlimxan

 

Ağstafa şəhəri - Azərbaycanda Ağstafa rayonunun mərkəzi. Bakı ilə arasında məsafə 461 km, əhalisi 75300 nəfərdir.

 

Rayonda aşıq sənəti, xalçaçılıq və sair sahələrdə əvvəlki nəsillərin topladıqları mədəni irsin qorunub saxlanılmasına qayğı göstərilir. Rayonun inzibati mərkəzi Ağstafa şəhəri Gürcüstan sərhəddinin yaxınlığında yerləşir. Bu şəhər 1914-cü ildə dəmir yolu qovşağı kimi inşa edilmişdir. Bu dəmir yolu düz Tbilisiyə qədər davam edir. Gürcüstan Respublikasının ərazisi ilə Ağstafa Qırmızı Körpü vasitəsilə bir-birindən ayrılır.

 

Ağstafa sakit şəhəridir. Şəhərin mərpkəzindəki səliqəli parkda restoranlar, çayxanalar və kinoteatr var. Ağstafa şəhərindən 20 km məsafədə mənzərəli bir yerdə dağlar və meşələr qoynunda yerləşən Tatlı kəndi oradakı Qələmçə bulağı ilə məşhurdur. Bulağın ətrafındakı ərazi istirahət üçün çox münasib yerdir.



Категория: TARİX DANIŞIR | Просмотров: 6282 | Добавил: RovshenK | Рейтинг: 4.0/1
Всего комментариев: 9
9 olqa   (10.03.2012 19:04:57) [Material]
salamlar

8 olqa   (10.03.2012 19:04:08) [Material]
menden butum agstafalilara salamlar.opurem haminizi.

7 vüsal   (21.04.2011 11:29:17) [Material]
mən də bütün ağstafalılara salam deyirəm

6 uday   (09.03.2011 14:05:25) [Material]
salam.busaytin yaradicilarina tewekkurler

4 ELDANƏ ZAMANLİ   (26.06.2010 18:37:44) [Material]
SALAM AĞSTAFANİ ÇOX SEVİRƏM.ONA AİD MƏLUMATLARI BÖYÜTSƏNİZ SUPER OLAR.

5 RovshenK   (27.06.2010 12:34:01) [Material]
Çalisharıq, Eldanə xanım! cool

3 Raynec   (17.03.2010 23:18:19) [Material]
Salam

2 Raynec   (17.03.2010 22:27:45) [Material]
Ağstafada olan məbəd şəkillərini yükləyə bilərsiniz?

1 Pervin Elekberov   (26.02.2010 14:02:29) [Material]
Canim Agstafam menim...Butun Agstafalilara candan-urekden salamlar....saytin yaradicilarina tewekkurler....qaleryani biraz da boyutseniz daha yaxsi olar...

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]




Hava haqqında

muellif:Rovshen Kesemenli © 2024