Cümə, 19.04.2024, 15:15:49


SİZİ SALAMLAYİRAM Гость | RSS


DAXİL OLMA FORMASI
SAYTIN MENYUSU


BÖLÜMÜN KATEQORİYALARI
free counters



Главная » 2010 » Yanvar » 28 » QƏZVİN ŞƏHƏRİ
15:05:17
QƏZVİN ŞƏHƏRİ


Coğrafiya və tarix

Coğrafi mövqeyinə əsaslanaraq, Qəzvin əyaləti körpü rolunu oynayır: ölkənin paytaxtını şimal və qərb rayonları, Avropa və Qafqaz ölkələri ilə birləşdirir. Kənd təsərrüfatının inkişafı üçün uyğun şəraiti vardır. Qəzvin əyaləti 1996-cı ildə Tehran əyalətindən ayrılmış və ölkənin yeni bir əyalətinə çevrilmişdir. Qəzvin və Takestan şəhərləri əyalətin inzibati və siyasi mərkəzləri statusu almışdır. Qəzvin əyalətinin əhalisi 1996-cı ildə 968257 nəfər olmuşdur ki, onlardan 57,11% şəhər, 42,89% kənd əhalisidir. Coğrafi baxımdan Qəzvin əyaləti 2 dağlıq və düzənlik hissəyə bölünür. Dağlıq hissəyə şərqdə yerləşən Əlborz dağları və cənub ərazilər daxildir.

Əyalətin iqlimi şimalda soyuq, cənubda sabitdir. Ümumiyyətlə, qışı soyuq və qarlı keçən bu ərazidə, yay ayları nisbətən mülayim və isti olur. Qədim yunan yazılarında Qəzvin haqqında məlumat Midiya hökmdarları haqqında məlumatlarda təsadüf olunur ki, bunlar da bizim eradan əvvəl 9 əsrə aiddir. Qəzvin əyalətinin ərazisində çoxlu tayfalar və qəbilələr yaşamışdır, və qədimdə bu ərazi daim müharibə zonası olubdur. Erkən islam dövründə Qəzvin ərəb qoşunları tərəfindən zəbt olunmuşdur. Səfəvilərin hərəkatının başlandığı dövrdə Qəzvin onların paytaxtı olmuşdur. Tehrana yaxın olduğundan Qəzvin Qacarlar dövründə dövlətin mühüm mərkəzlərindən biri olubdur.

Qəzvin
Qəzvin şəhəri Tehranın qərbində 144 km da düzənlik zona yerləşir. Şəhərin təməli Sasanilər sülaləsindən olan I Şahprur tərəfindən qoyulmuşdur. Qəzvin Ərəb xəlifəliyinin mühüm hərbi bazasına çevrilmişdir. Əməvilər dövründə Qəzvində ən əzəmətli məsçidlərdən biri inşa edilmişdir. Bu Cümə məscidi Harun Ər-Rəşidin dövründə tikilmişdir.
IX əsrdə Qəzvin şəhərinin qarşısında yeni qala tikilmişdir ki, bu qala mübarək Mədinə adı almışdır. Xəlifə Harund əl Rəşidin əmri ilə mübarək Mədinə qalası yenidən qurulmuş və onun ətrafı boyu yeni qala divarları tikdirmişdir. Onun ölümündən sonra, şəhərin yenidənqurulması və genişlənməsini türk hökmdarları tamamlamışdılar.
XII əsrinin sonnuda Qəzvin və İsmayıl qalası monqolların hücumuna məruz qalmışdır. İsmayillilər hərəkatı və onların mərkəzi hökumətlə apardığı uzun mübarizə Qəzvinin tarixinə böyük təsir göstərmişdir. İsmayillilərin müvəffəqiyyətləri Qəzvini yeni bir mərkəzə çevirmişdir. Səfəvilər Qəzvini paytaxt seçdiyində, burada böyük tikinti və yenidənqurma işləri aparılmışdı. Qacarlar paytaxtı Tehrana keçirdikdə, Avropaya gedən yolun yaxınlığında yerləşən Qəzvinin də bir şəhər kimi əhəmiyyətini artırmışdır. Hal-hazırda Qəzvin İranın iqtisadi, sosial cəhətdən inkişaf etmiş mühüm şəhərlərindən biridir. Dinamik inkişaf edən sənaye və kənd təsərrüfatı İranın ümumi inkişafına xidmət edir.
Qəzvinin görməli tarixi yerləri:

- Mineral su bulaqları
- Əli Qapısı və Çehel Sütunu
- Ələm ut, Novzerşah, Lambsar, Semiran, Sanqrud, Şəhrək, Sasan, Şirkuh və s. qalaları
- Sanqi qalasının kufi yazıları ilə bəzədilmiş daşları, Baracin qalası
- Bir neçə mineral su bulaqları
- Yaleh Qonbad və Qafar Qondbad məqbərələri
- Bir neçə qədim ev binaları: Rəzəvi, Səidə, Zərbxanə, Gülşən, Vasir, Hadqi və Şahrudi
- Seyid Əlixan və Selehsalar qədim məqbərələr
- Həsən Abad və Şah Kuoh qədim qəbristanlıqları
- Qədim Qazorxan və Hərzvil kəndləri
- Nostar Abad, Qazançlar, Hüseyn Abad, Meşkin təpə, Əvlənd təpə, Ağa baba, Dalat Abad təpələri
- Bir neçə qədim bazarlar
- Karvansaraylar
- Qədim Qəzvinin darvazaları (qala qapıları)
- Kolah-Fərəngi muzeyi
- Kəbir, Heydəriyə, Məscidolnəbi və Sancidə Cami məsçidləri
- Qədim məktəb və mədrəsələr
- Qədim məqbərələr və movzaleylər
- müqəddəs yerlər.

Takestan
Bir vaxtlar "Siadeh" və "Siadhen" adlandırılan Takes stan şəhərinin qədim tarixi var. Bu şəhərin çiçəklənməsi və inkişafı Sasanilər dövrünə təsadüf olunur. Sasanilər zamanında bu şəhərdə böyük tikinti işləri aparılmışdır və Təpə Xudaya inşa edilmişdir. Takestan Tehrandan Avropaya gedən yolun üstündə yerləşir və əyalətin kənd təsərrüfatının mərkəzidir.
Görməli yerləri:

- Yaleh bulağı
- Avağ isti su bulağı
- Soltan Abad, Xandu və Dakan qədim təpələr
- Xaleh Doxtar qalası
- müqəddəs yerlər

Turizm
Qəzvin və Takestan tanınmış turizm mərkəzlərindəndir. İnkişaf etdirilmiş nəqliyyat yolları, telekommunikasiya vasitələri, rahat mehmanxanaları, yüksək səviyyəli servisi turizm üçün əlverişli şərait yaratmışdır. Hər bir turist buranı tərk edəndə özü ilə yadigar olaraq suvenirlər aparır: əl xalçaları, keramik əşyalar və s.

Категория: MARAQLIDIR | Просмотров: 1188 | Добавил: RovshenK | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]




Hava haqqında

muellif:Rovshen Kesemenli © 2024