Çinlilər
yeməklərini çox kiçik hissələrlə yediklərinə görə çubuqla yeyirlər.
Çində, qədimdə yalnız varlılar stolda yemək yeyərdi. Xalqın çoxu
boşqabları əllərində yerdə yemək yeyərdi. Bir əllərində boşqab,
digərində isə çubuq tutub yeyərdilər yeməklərini. Əhalinin sürətlə
artması ərzaq qıtlığı yaratdığı üçün yeməkləri kiçik hissələrə ayırıb
çoxaldaraq yeyərdilər. Çubuqlar fildişi və sümükdən hazırlanırdı
Dünyanın ən çox oxunan mahnısı hansıdır?
Bu
mahnı "Happy birthday to you" -dur. Mahnının əsli Amerikalı iki bacıya
aiddir. Original adı "Good Morning to All" -dur. Daha sonra sözləri
dəyişərək bütün düyaya yayılmışdır. Amma müəllif hüququ qızlara - bu
iki bacıya məxsusudur. Onlardan sonra da Warner/chappel musiqi
şirkətinə keçmişdir. Mahnı ticarət məqsədilə istifadə olunduğu zaman
şirkətə pul ödənilir
İnsanlar saatlarını niyə sol qola taxırlar?
Çünki
çox insan sağ qolunu çox hərəkət etdirir və bu qolun hərəkətli olması
saatın harasa dəyib qırılması ehtimalı yüksəkdir. Həm də saatın qurma
düyməsi 3 rəqəminin yanındadır. İnsanlar saatı qurmaq istədikləri zaman
onu biləkdən çıxarmadan sağ əli uzatdıqda sol qolundakı saatı qura
bilirlər.
Termos necə istini isti, soyuğu isə soyuq saxlayır?
Tək
bir səbəbi var - vakum. Yəni boşluq. Bir termosda iç-içə keçmiş iki qab
var. Qıraqdakı metaldan, içəridəki isə əsasən şüşə qabdan olur.
İkisinin arasındakı hava isə boşaldılmışdır. Tam olmasa da
istehsalçılar tərəfindən əldə edilən tama yaxın bir boşluq var. Vakumlu
bir şəraitdə hava molekulları da olmadığından soyuq və isti ötürməzlər.
Cismin temperaturu başlanğıcda neçədirsə elə də qalır. İçərdən qırağa,
qıraqdan içəriyə istilik keçməz. Beləcə də termosa qoyulan maye
istidirsə isti, soyuqdursa soyuq qalır.
Şahmatda şah niyə passivdir?
Çünki
şah qoruma altındadır. Şahmatda məqsəd şahı almaqdır. Ona görə bütün
fiqurlar onu qorumalıdır. Vəzir də kimi onun köməkçisi kimi qorunmasına
daha çox mömək edir. Qərbdə vəzirə kraliça adı verilib. Şahmat 6-cı
əsrdə Hindular tərəfindən oynanılmağa başlanıb, oradan da dünyaya
yayılıb.
İnsan
böyük bir təhlükə və ya qorxu hiss edəndə bədəni avtomatik olaraq
müdafiəyə keçir. Digər canlılarda olduğu kimi dişlər və çənə müdafiənin
əsas mexanizmidir. Bu da bizə ilk insanlardan qalıb. Buna görə də
təhlükə anında ilk olaraq çənə və dişlər hərəkətə başlayır. Çənədəki
əzələlər titrəyir, bu da sanki dişlər bir-birinə dəyirmiş kimi görünür
Niyə ağlayırıq?
Dünyadakı
canlılardan yalnız insan ruhsal səbəblərə görə ağlayır. Əslində gözyaşı
gözlərimizi qorumaq üçün lazımdır. Amma ağlamaq ruhsal boşalmadır. Bu
mövzunu birinci dəfə Darvin araşdırıb. Sonra aparılan təcrubələr
nəticəsində bilindi ki, soğan soyarkən axan gözyaşları ilə əsəbdən
ağlayarkən (ruhsal) axan gözyaşlarının kimyəvi tərkibi də fərqlidir.
Ruhsal gözyaşları daha çox proteindən ibarətdir. Amma hələ ki bu fərqin
səbəbi tapılmayıb.
Kömək siqnalı olan S.O.S -ın mənası nədir?
Çox
adam "Save our Ship" (gəmimizi qurtar), "Save our Soul" (ruhumuzu
qurtar), "Stop Other Signals" (digər siqnalları dayandır) kimi sözlərin
tərcüməsi kimi bilir. Amma heçbiri deyil. Tamamən teleqraf zamanından
qalma Mors əlifbasıyla bağlıdır. Kömək çağırışının asan yadda qalması
üçün 1908 -də üç xətt, üç nöqtə, üç xətt olan S.O.S seçildi.