Cümə axşamı, 25.04.2024, 20:19:14


SİZİ SALAMLAYİRAM Гость | RSS


DAXİL OLMA FORMASI
SAYTIN MENYUSU


BÖLÜMÜN KATEQORİYALARI
free counters



Главная » 2009 » Dekabr » 26 » LENİNİZM VƏ YA REVANŞİZM.
16:44:18
LENİNİZM VƏ YA REVANŞİZM.

 

Napaleonu təqib edən rus ordusunun zabitləri olan zadəganlar Avropada başqa həyat gördülər. Rusiyaya döndükdən sonra isə Vladimir Leninin sözləri ilə desək Rusiyada ilk inqilab baş verdi.

 

            1613-cü ildən Rusiyanı idarə edən Romanovlar sülaləsini devirməyə uğursuz cəhd etdilər. Zadəganların başladığı işi xalqçılar davam etdirdi və nəhayət 1881-ci ildə Narodnayavolnaçı Qrinevitski tərəfindən atılan bomba çar II Aleksandrın həyatına son qoydu. Lakin xalqların gözlədiyi kimi Rusiyada xalq inqilabı baş vermədi.

            Xalqçıların da aqibəti dekabristlərinki kimi oldu. Ilkin həbs olunanlar arasında gələcəkdə proletariatın rəhbəri Leninin böyük qardaşı Aleksandr ulyanov da vardı. Çar məhkəməsinin qərarı ilə Aleksandr Ulyanov edam edilir. Sonralar rusiyada monarxiya Leninin rəhbərliyi ilə bolşeviklər tərəfindən devrildikdən sonra deyirdilər ki, Lenin qardaşının qisasını alıb. Əlbəttə, yarıciddi əhvəlata bənzəyən bu hadisəni nə tamam qəbul və ya inkar etmək mümkün deyildi. Tanınmış rus yazıçısı Larisa Vasilyeva yazır ki, Leninin anası milliyətcə yəhudi idi. Çar taxtının varisi Aleksandrla sevgi məcarası var imiş. Paytaxtdan uzaqlaşdırılan Mariya ilya Ulyanov adlı bir müəllimə ərə verilir. Dünyaya gələn uşağı atası kimi Aleksandr adlandırırlar. Maraqlı burasıdır ki, Aleksandrın həbsindən dərhal sonra Mariya Aleksandrovna çarın qəbulunda olur və hətta həbsxanada oğlu ilə görüşür. Anasının intiqamını almaq istəyən Aleksandrdan günahını boynuna alıb, mərhəmət istəyəcəyi halda onun bağışlanacağını bildirir. Lakin Aleksandr ölümü üstün tutur. Şübhəsiz ki, od yanmasa, tüstü çıxmaz. Ancaq Aleksandrın ölümü Vladimirin həyatında dönüş edir. Peşəkar inqilabçıya çevrilən Vladimir Ulyanovun silahdaşı İvan Popov və həm də məşuqəsi İnessa Armand Brüsseldə mühacirətdə olarkən belə qənaətə gəlirlər ki, Lenini intiqam hissi çox dərinliklərə aparır. Aleksandrdan fərqli olaraq Vladimir həm də qardaşının intiqamını almalı idi. Digər tərəfdən o dövrdə baş verən hadisələr monarxiyanı laxladırdı. Rus-Yapon müharibəsində məğlubiyyət, birinci Rus inqilabı və nəhayət, dünya xəritəsində köklü dəyişiklik edən I Dünya müharibəsi Rusiya ilə qohumluq əlaqəsinə malik olan Alman monarxiyasi lazım gələndə bu nəhəng imperiyanı parçalamaq üçün mühacirətdə olan Rus sosial-demokratlarına maliyyə yardımı edirdi. 1917-ci ilin fevralında Romanovlar devrilir. Çar və ailəsi həbs edilir. Rusiyada baş verən hadisələrdən Lenin mühacirətdə xəbər tutur. Inqilab rəhbərinin Almaniyadan keçib gəlməsi Alman tərəfindən təmin edilir.

            Həbs edilmiş Çar və onun ailəsi Yekaterinburqa gətirilir. Trotskinin Maksimilian Lenin adlandırdığı inqilab rəhbəri məqsədinə yaxın idi. Böyük Fransa Burjua inqilabı dövründə deyərmişlər "Kim kralı alqışlasa döyüləcək, kim ona söysə asılacaq”.

            Rus çarını Fransa kralının aqibəti gözləyirdi. Yekaterinburq FK rəhbərlərindən biri və çarın saxlandığı İpatev evinin komendantı keçmiş fotoqraf Yakov Mixayloviç Yurovski təyin olunur. Rusiyanı isə Leninin qırmızı terroru bürümüşdü. Rusiyada baş verənləri qəbul etməyən ziyalılar güllələnirdi.

            1918-ci ildə iyulun 16-dan 17-nə keçən gecə URMYK-nin sədri Leninin silahdaşı Yakov Sverdlov əksinqilabın hücuma keçməsi ilə əlaqədar çarın güllələnməsi əmrini verir. Keçmiş çar və həyat yoldaşı, xəstə oğlu və dörd qızı, ailənin dörd xidmətçisi həmin gecə kiçik yarızirzəmi otağa endirilir. Nə baş verdiyini başa düşməyən Aleksandra Fyodrovna stul istəyir. Icraçı bolşevik keçmiş fotoqraf Yurovski çar ailəsini peşəsinə uyğun olaraq əyləşdirir. Yaxın məsafədən bir neçə saniyə davam edən atəş başlanır. Sonra sağ qalanların nəfəsi daha qəddarlıqla kəsilir. Beləliklə, bolşeviklər çox illik sürgünün və dar ağacının əvəzini çıxırlar.

            Hakimiyyəti ələ keçirən Lenin qarət edənləri, qarət et prinsiplərini həyata keçirib, ölkəni terror dalğasına qərq edir. Din qadağan edilir. Ölkənin əhalisinin aşağı təbəqəsi isə daha çox rəhbərin birinci şagirdinin dövründə ağır mərhumiyyətlərə düçar olur. Məsələn, 1932-ci ilin sonlarından pasportlaşma sisteminə keçilməsinə baxmayaraq bu, kəndlərə tətbiq olunmadı.

            Əslində isə çarizm dövründəki təhkimçilik hüququ bərpa olundu.

            Leninin ölümündən sonra proletariatın dahi rəhbərinin daşlaşmış obrazı yaradıldı. Ancaq onun nələr törətdiklərini çoxları unutmamışdır. Leninin bütləşməsində Stalinin xidməti misilsizdir. Əvvəla N.K. Krupskayanın iradəsinə zidd olaraq. Lenin dəfn edilmədi. Bolşeviklərin ölməzliyini sübut etmək üçün onu Misir fironları kimi mumiyaladılar. Digər tərəfdən Leninin ürəyi Lenin muzeyinə, beyni isə tədqiqat üçün V. İ. Lenin adına instituta verildi. Almaniyadan dəvət olunmuş professor sübut etməli idi ki, kommunistlərin rəhbərinin beyni ali insana məxsusdur. Doğrudur, sonralar həmin beyin mərkəzinə Kirov, Kalinin, Stalinin beyinləri də əlavə olundu.

            Lenin və onun yaratdığı dövlət Azərbaycanın müstəqilliyinə son qoydu. Ərazilərimiz parçalandı. Dövlətçilik ənənələrimizə ağır zərbə vuruldu, təbii sərvətlərimiz talandı. Ermənilər gəldikdən sonra isə onlar xilas oldular. V. Qurko-Kreagin yazır:”Yalnız müsavat hakimiyyətinin süqutu və Bakıda sovetləşmə Qarabağ ermənilərini məhv olmadan xilas etdi”.

            Lakin haqsızlıqla yaradılan bu dövlət ömrünü şərəfsizliklə başa vurdu.


 

Dilavər Qurbanov

Ağstafa şəhər texniki-humanitar

təmayüllü liseyin tarix müəllimi

Категория: TARİX DANIŞIR | Просмотров: 1388 | Добавил: RovshenK | Рейтинг: 1.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]




Hava haqqında

muellif:Rovshen Kesemenli © 2024