Cümə, 29.03.2024, 11:26:37


SİZİ SALAMLAYİRAM Гость | RSS


DAXİL OLMA FORMASI
SAYTIN MENYUSU


BÖLÜMÜN KATEQORİYALARI
free counters



Главная » 2011 » Aprel » 13 » ELEKTRİK STANSİYALARINDA ELEKTRİK ENERJİSİNİN İSTEHSAL TEXNOLOGİYASI
12:55:09
ELEKTRİK STANSİYALARINDA ELEKTRİK ENERJİSİNİN İSTEHSAL TEXNOLOGİYASI

         Hal-hazırda elektrik enerji almaq üçün aşağıdakı elektrik stansiyalarından istifadə edilir.

         1. İstilik elektrik stansiyaları (İES), hansı ki, kondensasion (KES), istilik elektrik mərkəzləri (İEM) və qaz turbinli (QT) olmaqla bölünürlər. Ölkənin bir çox rayonlarına  xidmət edən kondensasion elektrik stansiyaları dövlət rayon elektrik stansiyaları (DRES) adlanır.

         2. Hidroelektrik stansiyaları (HES) və hidroakkumulyasiyalı elektrik stansiyaları (HFES).

         3. Atom elektrik stansiyaları (AES)

         4. Helioelektrik stansiyaları və ya günəş elektrik stansiyaları (GES).

         5. Heotermal elektrik stansiyaları (HTES).

         6.Dizel elektrik stansiyaları (DES).

         7. Qabarma elektrik stansiyaları (QES)

         8. Külək elektrik stansiyaları (KES).

        

Elektrik enerjisinin çox hissəsini (Rusiyada və eləcə də dünya energe­tika­sında) İES, AES və HES istehsal edir. Qoyuluş gücünə görə müxtəlif tipli elektrik stansiyaların tərkibi hidroenergetik və istilik energetik ehtiyatların mövcudluğu ilə, onların texniki-iqtisadi xarakteristikalarından asılı olur.

         İstilik kondensasion elektrik stansiyalarını yanacaq çıxarılan yerlərin yaxın­lığında və su ilə yaxşı təmin olunmaqla tikmək lazımdır. Onları bir sıra aqreqatlar blokları ilə (qazan-turbogenerator- yüksəldici transformator) gücü 200-dən 1200 MVt olmaqla yerinə yetirirlər. Kondensasion elektrik stansiya (KES) aqreqatlarının xüsusiyyəti ondan ibarətdir ki, onlar kifayət qədər manevrli deyildir: işə buraxılmağa hazırlıq, dönmə, sinxronizasiya və yükün toplanmasına 3...6 saat vaxt tələb etməsi. KES-in faydalı iş əmsalı 32...40 %-dən çox olmur. Onlar ətraf mühitə təsir edir yəni, atmosferi çirkləşdirir, su təchizatı mənbələrinin istilik rejimini dəyişir.

         İstiliklə təmin edən elektrik stansiyalarını istilik tələbedicilərinin yaxınlığında tikirlər ki, bu vaxt gətirilmiş yanacaqdan istifadə edirlər. Bu tip elektrik stansiyalar qənaətcil işləyirlər (istilikdən istifadə əmsalı 60...70 %-ə çatır). Aqreqatlarının təklikdə gücü 30...250 MVt təşkil edir. Aqreqatlarının gücü 60 MVt-a qədər olan stansiyaları istilik-mexaniki hissədə buxar və suya görə eninə  əlaqəli, elektrik hissəsində isə 6...10 kV yığma şinlərlə yerinə yetirirlər və gücünün çox hissəsini yerli paylayıcı şəbəkəyə verirlər. 100...250 MVt gücü olan aqreqatlara malik olan stansiyaları gücünü yüksək gərginlikli şəbəkəyə verməklə blok tipli qururlar. Burada onu da qeyd etmək lazımdır ki, İEM də KES kimi ətraf mühitə təsir edir.

         Atom elektrik stansiyaları istənilən coğrafi rayonda tikilə bilər, lakin orada su mənbəyinin olması vacib şərtdir. Tələb edilən istilik miqdarı (uran konsentratı) çox kiçik olduğu üçün bu nəqliyyat əlaqələrinə olan tələbatları yüngülləşdirir. AES-lər enerjini yüksəldilmiş gərginlikli şəbəkəyə verməklə bir sıra blok tipli aqreqatlardan ibarətdir.


         İşləmə və tənzimlənmə şərtlərinə görə, həmçinin texniki-iqtisadi mülahizələrə görə nisbi müntəzəm yüklü rejim üstünlük təşkil edir. AES-də avadanlıqların etibarlı işləmələrinə yüksək tələbatlar qoyulur.

         Faydalı iş əmsalı 35...38 % olur. Təcrübi olaraq AES-lər atmosfer çirkləşdirmir. Radioaktiv qazların və aerozolların tullantıları çox az olduğu üçün AES-ri şəhərlərin yaxınlığında və yük mərkəzlərində tikmək olar.

         Hidroelektrik stansiyaları o yerdə tikilir ki, orada hidroehtiyatlar və inşaat üçün şərait olsun. HES-nı tikən zaman kompleks məsələləri həll etməyə çalışırlar. Məsələn, elektrik enerjisinin istehsalı, gəmilərin hərəkət etməsinin və suvarmanın şəraitlərinin yaxşılaşdırılmasını göstərmək olar. Hidroaqreqatların vahid gece 640  MVt-a çatır. Elektrik hissəsi isə generator-transformator blok sxemləri ilə yerinə yetirilərək gücü yüksəldilmiş gərginlik şəbəkəsinə verir. HES faydalı iş əmsalı 85...87 % təşkil edir. Bu stansiyalar çayların su rejiminə, balıq təsərrüfatlarına, su anbarları olan rayonların mikroiqliminə, həmçinin meşə və kənd təsərrüfatına təsir edir. Belə ki, su anbarlarının yaradılması nəticəsində xalq təsərrüfatı üçün faydalı olan sahələrin su altında qalmasına səbəb olur.


         Hidroakkumulyasiyalı elektrik stansiyaları enerji sisteminin sutkalıq yük qrafikini bərabərləşdirmək üçün nəzərdə tutulmuşdur. Yük minimal olan saatlarda onlar nasos rejimində (suyu aşağı su anbarından çəkir və enerji ehtiyatı yaradır). Enerji sisteminin maksimal yüklənmə saatlarında bu stansiyaların aqreqatları generator rejimində işləyərək yükün pik hissəsini öz üzərinə götürürlər. HAES-nı o sistemlərdə tikirlər ki, orada HES olmasın və ya onların gücü yükün pik saatlarındakı kəsirini ödəyə bilsin. Aqreqatlar yüksək manevr etmə qabiliyyətinə malik olmaqla çox tez nasos rejimindən generator rejiminə və ya sinxron kompensator rejiminə keçə bilirlər.

         HAES faydalı iş əmsalı 70...75 % təşkil edir. Onları o yerdə tikirlər ki, orada su təchizatı mənbələri olsun, yerli coğrafi şərait isə təzyiqli su anbarının yaradılmasına imkan versin.

Категория: ELM VƏ HƏYAT | Просмотров: 3108 | Добавил: RovshenK | Рейтинг: 3.3/3
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]




Hava haqqında

muellif:Rovshen Kesemenli © 2024