Главная » 2010 » Fevral » 15 » 14 Fevral - Beynəlxalq Əxlaqsızlıq Günüdür!!!
13:02:39
14 Fevral - Beynəlxalq Əxlaqsızlıq Günüdür!!!
Bəxtiyar Vahabzadənin "Gülüstan"da dediyi kimi,
"bir deyən olmadı durun ağalar", haradan çıxdı bu "Valentin", kim bunu bizə nə
zaman sırıdı kimsənin xəbəri olmadı?! Bir də gördük ki, məmləkətin növcavanları
soyuq qış günündə dənizkənarında öz leylilərini gəzdirmək zorunda qalıblar və bu
günün səhərisi də həmin leylilərlə məcnunların əksəri soyuqdan sətəlcə(hənnə)m
olublar. Yahu, sizi kim məcbur etdi, kiçik çillədə bulvarda gəzəsiniz? Başınıza
atmı təpmişdi, yoxsa günmü qəhətiydi, bəylər? Deməssiniz, həmin gün 14 fevral
Beynəlxalq Sevgililər günü imiş (Adıbatmışın ismi yaman gurultulu səslənir).
Soruşanda ki, kim bu günə belə don geyindirib?
Kimsənin
xəbəri yox! Yaxşı, bu Valentin dediyiniz vələdüzzina kimdir? Vallahi xəbərləri
yox! Bəs nə üçün həmin şəxsin şərəfinə küçəyə tökülürsünüz? Əlqərəz, cavab belə
olur ki, adətdir, gərək həmin gün eşqinin qurbanı olan Valentinin şərəfinə
sevgililər küçələrdən yığışmasın. Kim qoydu bu qanunu? Bəlkə hörmətli
deputatxanamızın üzvləri belə qanun qəbul ediblər, xəbərimiz yox?
...Bəndənizin də marağı güc gəlməsəydi, Valentin deyilən bu mənasız
adamın kimliyindən xəbərsiz olacaqdı. Neyləyim, nəyisə beynimə qoydummu,
Tanrımın köməyi ilə mütləq həmin işi görməliyəm. Mətləbdən uzaqlaşmayaq,
başladım, Valentinlə bağlı tarixi mənbələri arayaraq "donos" yığmağa. Və məlum
oldu ki, bu romalı keşiş nə məhəbbət abidəsidir, nə də eşq dəlisi! Beləsinə
olsa-olsa, çox-çox üzr istəyirəm ifadəmə görə, sutenyor və ya homoseksualist
deyilə bilər və bu adam əxlaqsızın, zinakarın biri imiş. Və kim bu keşişin
yolunu müdafiə edirsə, Züleyxanın həzrəti Yusif Peyğəmbəri çağırdığı və
peyğəmbərin İlahinin qanunlarını riayət edərək getməkdən imtina etdiyindən də
betər əxlaqsız yola dəvət edir.
*** Tarixdə şəxsiyyətləri öyrənərkən
onun yaşadığı mühiti və o zamankı ab-havanı da nəzərə almaq gərəkdir. Belə
olmadıqda, şəxsiyyətin hərəkətlərinə düzgün qiymət vermək və ümumiyyətlə doğru
qərar çıxarmaq mümkün deyil. Katolik xristianların "Əziz Valentin" deyərək
öydükləri bu keşiş çox müəmmalı bir kimliyə sahibdir. Fevral ayının
sevgi-məhəbbət ayı olması isə onun dövründən xeyli öncələrə, təxminən 1500 il
əvvələ gedib çıxır. Bunun əsası xristianlığa deyil, əski Roma adət-ənənələrinə
dayanır. Qədim Romada 14 fevral bütün Roma xalqı üçün isə xüsusi önəm daşıyırdı.
Həmin gün inancları gərəyincə, Roma "tanrı" və "tanrıçaları"nın kraliçası olan
Junoya duyulan sayğıdan dolayı bayram elan olunurdu. Səhərisi gün isə Lupercalia
bayramı başlayırdı. Bu bayram xalqın gənc kəsimi üçün böyük önəm daşıyırdı.
Bunun səbəbi isə həyatları qəti qanun-qaydalarla müəyyənləşdirilmiş və bunun da
təbii nəticəsi olaraq gəzib-əylənmə şansı çox məhdud olan gənclərin bu bayramda
bir-birləri ilə ifratcasına əylənmələri idi (Bunun nəyi pisdir deyə tələsik
qərar çıxarmayın. Unutmayın ki, Allah səbredənlərlədir!) Bu bayramda hansı
gəncin hansı qızı seçməsi də öz istəklərinə bağlı deyildi. Bu seçim bir baxımdan
lotereya oyununu xatırladırdı. Romalı gənc qızlar adlarını kiçik kağız
parçalarına yazaraq, bir mağaranın önündəki çəlləyə tullayır. Həmin kağızlardan
birini seçən romalı gənc də seçdiyi kağızda adı keçən qızla həmin gecə bir
yataqda olaraq istənilən cinsi arzusunu həyata keçirməkdə sərbəst buraxılırdılar
və bayram boyunca ayrılmırdılar. Dini nöqteyi-nəzərdən yanaşsaq, həmin gün
yüzlərlə, bəlkə də minlərlə kişi və qadın Allah-Təalanın lənətləyərək "çirkin
bir həyasızlıq" deyə qiymətləndirdiyi əməli gerçəkləşdirirdi.
***
Valentini o dünyalıq etdirən imperator II Kladius isə bu hallara son
qoymaq istəyən bir imerator kimi xarakterizə olunur. Onun hətta ordunun
güclənməsi və nizam-intizamın qorunması üçün orduda xidmət edən gənclərə
müvəqqəti olaraq evlənməyi qadağan etdiyi də tarixi qaynaqlarda yer tapmaqdadır.
Və Valentinin ölümü və onun səbəbləri barədə isə müxtəlif mülahizələr vardır.
Bunlardan ən yayılmış olanı və qüvvətlisi budur ki, həmin keşiş imperatorun əmri
olmasına baxmayaraq, gizli şəkildə qızlarla oğlanları görüşdürməkdə davam
edirmiş və romalıların məlum mağarasını özünə ibadətgah seçibmiş. Nəzərə alsaq
ki, Valentin xristianlığın yayıldığı ilk əsrlərdə yaşayıb, onun mağarada
fəaliyyət göstərməsi heç də təəccüblü sayılmamalıdır. İmperator da onun bu
hərəkətlərindən xəbər tutaraq zindana atdırır və 14 fevralda - məhz romalıların
əxlaqsızlığının tüğyan etdiyi bir gündə döydürərək, təhqiramiz formada
öldürtdürür. Bu da onu deməyə əsas verir ki, bu şəxs heç də nə məhbəsxana
müdirinin qızına aşiq olması ucbatından, nə də katoliklərin iddia etdiyi kimi
xristianlığın təbliği üzündən bizim eranın 273-ci ilində öldürülüb, o, məhz sərt
imperatorun əxlaqsızlığa qarşı dözümsüz münasibətinin layiqli qurbanı olub. Bu
qeyri-əxlaqi davranışı aradan götürmək üçün həmin dövrdə bu işlərə stimulverici
rol oynayan şəxsi aradan götürmək kifayət idi ki, bu halın qarşısı alınsın, ən
azı bu hal səngisin. Ən maraqlısı isə onun həbsxanadan öz yoldaşlarına, xüsusən
də keşiş dostu Mariusa "Valentini unutmayın", "Sizi sevirəm" deyə məktublar
göndərməsi faktıdır. Bu fakt ümumiyyətlə, Valentinin hansısa bir qıza görə
öldürüldüyü məlumatını şübhə altına alır və onun haqqında söylənən
"homoseksualist" ifadəsinin doğruluq dərəcəsini artırır. Axı kişinin kişiyə
"səni sevirəm" deməsinə bundan başqa hansı adı vermək olar?!
Katolik
dünyasının bu şəxsə önəm verməsinə gəlincə, xristian ruhanilər Romadakı
bütpərəstlərin "Lupercalia" bayramına xristian gənclərin də qatıldığından və
bütpərəst qızlarla əylənmələrindən narahat olduqlarından (bu narahatlıq əxlaqi
deqredasiyaya görə deyil, bütpərəstlərin saylarının çox görünməsi ilə bağlı
idi), buna bir çarə axtardılar. Bu zaman xristian qəbristanlığında dəfn olunan
Valentin "yada düşdü" və ruhani xristianlar bununla vəziyyətdən çıxış yolu
tapdılar. Onlar bu bayramın sadəcə və sadəcə adını dəyişərək gənclərin
xristianlığa bağlı bir adlı şənlikdə - Müqəddəs Valentin günündə - əylənmələrini
təmin etdilər. Bununla həmin bu məlun Valentin günü meydana çıxdı. Bu hadisə
Valentinin ölümündən təxminən 226 il sonraya təsadüf edir. Yəni Papa Gelasius
tərəfindən 496-cı ildə "Lupercalia" bayramının adı Valentinin şərəfinə
dəyişdirilmişdir.
Düzdür, guya Papa 15 fevralı 14 fevralla əvəz etməklə,
"Lupercalia" bayramının ənənələrini də ortadan qaldırmışdır, ancaq elə həmin
qərarnamədə sevginin azad olduğu və hər şəxsin öz sevgisini şənliyə çevirməyə
haqqının olduğu bildirilmişdir ki, bu qərarnaməyə günümüzü deyil, həmin dövrün
yaşam tərzini nəzərdən keçirərək yanaşdığımızda bu qərarın "Lupercalia"
bayramına bir xristian don geyindirməkdən başqa heç nəyə xidmət etmədiyini
deməyə əsas verir. Halbuki bu, xristianlığın təməl dini meyarlarına zidd idi.
Valentinə xristianlığın təbliği yolunda şəhid obrazı yaratmaq da Kilsənin özünü
təmizə çıxarmaq niyyəti kimi yozula bilər.
***
İllər boyu
təbliğat aparıldı və zamanla bəzi ənənələr aradan qalxsa da, Valentinin adı
kilsənin də köməyi ilə yaşandı. Orta əsrlərin Fransa və İngiltərəsində bu ad
populyar ismə çevrildi. 1800-ci illərdən sonra Amerika Birləşmiş Ştatlarında
Ester Hovlandın ilk Sevgililər günü kartını yollamasından sonra bu hadisə, dünya
çapında qey olunmağa başladı. Və çoxları da mahiyyətə varmadan, bu günü bayram
kimi qeyd etməyə davam etdi. Təbii ki, burada insan əxlaqının deqredasiyasında
maraqlı olanlarla yanaşı, ticari maraqlar da böyük rol oynayırdı.
***
Tarixə nəzər saldıqdan sonra məsələnin mahiyyətinə fikir verək. Tutaq
ki, lap elə Valentin bir homoseksualist və ya zinakar əyyaş deyil, xristianlığa
özünü fəda etmiş bir şəxsdir. Bunun bizə nə dəxli, ay başınıza dönüm? Bizim də
çox bayramımız var və bunlardan hansı birini hansısa xristian ölkəsinin məsihi
əhli qeyd edirmi? Qətiyyən xeyr! Bəs onda bizə nə olub? Nədən Valentin gününü bu
qədər əzizləyirik? Bəyəm başımıza gün qəhətdir ki, hansısa bir homoseksualistin
və ya sutenyorun cəhənnəmlik olduğu günü bayram edirik. Əslində o gün bayram
kimi qeyd olunmağa layiqdir, amma Sevgililər günü kimi deyil, yer üzünün hansısa
əclafdan canını qurtardığı gün kimi.
***
Əslində belə bir şəxsin
qutsallaşdırılaraq əzizlənməsi xristian törələrinə də ziddir. Yəni xristianların
müqəddəs saydıqları Həzrəti Məryəm bir təmizlik nümunəsi idi. O, nə qədər
iftiraya uğrasa da, Allah onu və oğlu həzrəti İsanı daim insanların gözündə pak
və üzüağ çıxarmışdır. Və istənilən dindən olan şəxs həzrəti Məryəmi sayğı və
sevgi ilə anmaqdadır. Qurani Kərimin "ət-Təhrim" surəsinin 12-ci ayəsində
həzrəti Məryəm haqqında buyurulur ki, "İmranın qızı Məryəmi də (zikr et) ki, o,
öz irz-namusunu qorumuşdu. Beləcə, Biz ona ruhumuzdan üflədik. O da Rəbbinin
kəlimələrini və kitablarını təsdiq etdi. O, (Rəbbinə) könüldən bağlı
olanlarladı." Eyni zamanda Kilsənin "Lupercalia" bayramını Valentin günü ilə
əvəzləməsində ataların batil inancına tabe olmaq və dinin qoyduğu prinsiplərlə
ziddiyyət vardı. Qurani Kərimdə "ataların dini" deyə keçən bu kəlimə tək İslamla
bağlı qalmayıb, Tövrat və İncildə də "ataların törəsi" adı ilə keçməkdədir.
Halbuki bütün dinlərə görə, Allah qatında qəbul olunan din, elçilər
tərəfindən təbliğ edilən dindir və kor-korənə şəkildə dədə-babalarının batil
inanclarına bağlı qalmaq heç bir səmavi kitabda qəbul olunmur: "Onlara "Allah
nazil etdiyinə və elçiyə tərəf gəlin" deyildiyində, "Atalarımızı üzərində
gördüyümüz şey bizə yetər" deyirlər. Bəlkə ataları bir şey bilmir və ya hidayət
olmayıbdısa"? (Qurani Kərim, Maidə surəsi, 104) "Sözlərimi dinləmək istəməyənlər
atalarının fəsadlarına döndülər və başqa ilahlara qulluq etmək üçün onların
ardınca getdilər... Onlara elə bir fəlakət gətirəcəyəm ki, içindən çıxa
bilməyəcəklər..." (Tövrat, Yeremya, Bab 11, 10-11) "Ferisilər və dini şərhçilər
İsadan soruşdular: "Tələbələrin niyə atalarının törələrinə ayqırı davranır..."
Siz Allahın əmrini buraxıb insanların törəsini müdafiə edirsiniz. Və onlara de
ki, insanların adət-ənənəsinə tabe olmaq üçün Allahın əmrini rədd edirsiniz."
(İncil, Markos, Bab 7, 5-9) Belə olduğu halda qədim Roma ənənələrinə uyğun bir
bayrama kosmetik dəyişikliklər etməklə özününküləşdirmək, xristian ruhanilərinin
atalarının törələrini Allahın əmrindən yüksək tutması deyildisə, bəs nə idi?!
Bütpərəstlər pak və təmiz həzrəti Məryəmə iftiralar yağdıran zaman, Papanın bir
əxlaqsızın adını əbədiləşdirməsini nə ilə izah etmək olar? Halbuki onlar zina
etməmək barədə Tövratda "zina etməyəcəksən" (Çıxış, Bab 20, 14), İncildə isə
"İnsanı kirlədən cinsi əxlaqsızlıq, oğurluq, cinayət, zina, acgözlük, pislik,
səfillik, hiylə, iftira, təkəbbür və ağılsızlıq içdən, insanın ürəyindən
qaynaqlanır. Bu pisliklərin hamısı içdən qaynaqlanır və insanı kirlədir"
(Markos, Bab 7, 20-22) deyə ilahi əmrlər yer alır. Bu əmrləri çeynəyərək, onun
yerinə keçən Valentinin şərəfinə isə bütpərəstlərdən qalma əxlaqsızlıq günü
qiymətə mindirilir, hətta Vatikanın qapılarından birinə onun adı verilir. Bu bir
xristian rəzalətidir və bu rəzalətə imza atanların paklıq dini İslama qarşı
aqressiyası da Valentinə münasibətlərini gördükdə, daha doğru şəkildə izah etmək
olar...
***
Əslində isə Sevgi sözünü Valentinə calaq etməklə
Vatikan rəhbərliyi sevgi sözünü böyük zərbə altında qoyub. Və onlar bu
hərəkətləri ilə həqiqi sevgini, qutsallaşdırdıqları həzrəti Məryəmin sevgisini
təhqir etmiş olurlar. Onu da qeyd etmək lazımdır ki, sevgi heç vaxt günah
sayılmayıb. Hətta həzrəti Məhəmməd Peyğəmbər evlənmək hazırlığı görən səhabəsinə
evlənəcəyi qızı gördükdən sonra bu qərarı verməsini istəyib. Yəni gedib görsün
və üçüncü bir şəxsin yanında söhbət etsin, sonra evlənmək haqqında fikirləşsin.
Ancaq Valentinin balaları sevgini, ancaq heyvani ehtiras kimi qəbul edərək buna
vəhşi şəhvət donu geyindiriblər. Gerçəkdə, insan bütün yaradılanları sevməlidir.
Çünki onları Yaradan yaradıb. Məhz Yaradanı sevdiyi üçün yaradılanları da
sevməlidir. İnsanlar arasında sevgi bağı olmasa, həyatın da mənası qalmaz.
Sevginin ilahi lütf olduğunun dəfələrlə vurğulandığı Qurani Kərimin "Məryəm"
surəsində saleh əməl işləyənlərə Allah-Təalanın sevgi bəxş edəcəyi göstərilir
(ayə 96). Tövratda da sevginin önəmi belə anladılır:"Nifrət çəkişməni uzadar,
sevgi isə hər günahı bağışladar". (Süleyman məsəlləri, Bab 10, 12) İncildə isə
sevgi Tanrının buyruqlarına uyğun yaşamaq olduğu bildirilərək (Yuhannanın II
məktubu, 6) açıqca əmr olunur: "Bir-birinizi sevin"! (Yuhanna, Bab 15, 17)
Və sevərkən də gözəl əxlaqa sahib olmaq və zina kimi insanı cəhənnəmlik
edəcək əməllərə yaxın durmamaq gərəkir. Qurani Kərimdə yaxşılığı əmr edib, pis
əməllərdən insanları çəkindirənlər məhz qurtuluşa yetənlər kimi təqdim
olunurlar. (Ali-İmran surəsi, 104)
***
Qarşımızda çox ciddi və
zarafata salınmayacaq tərzdə ciddi sual var: NƏ ETMƏLİ? Çünki son on
ildə bu "bayram", alnına əxlaqdan başqa hər şey yazılan telekanallar vasitəsi
ilə millətin beyninə elə yeridilib ki, buna qarşı mübarizə çox çətinləşib və
istəyib-istəməməmizdən asılı olmayaraq, bu gün müxtəlif insanlar tərəfindən qeyd
olunacaq. Bizim əlimizdən gələn 14 fevralın mahiyyətini insanlara anladaraq bu
günü bayram kimi qeyd edən kontingenti maksimum dərəcədə azaltmaqdan ibarətdir.
Qayət normaldır ki, düşük müğənnilər, özünün ad gününü təbrik etmək üçün DJ-lərə
müraciət edən gədələr, telekanalların efirində baldırını çöldə qoyan
"oğlancığazlar" və bu kimi xeyli məxluqat 14 fevralsız keçinə bilməzlər. Onların
təklif və ya tələb olunan başqa bir Sevgililər Gününü, mahiyyətində, mənbəyində
həqiqi sevgi, namus-qeyrət olan bir olayı, məsələn 30 iyunu qəbul etməsinin özü
bir rəzalət olardı. Çünki onlarla bizlər arasında qalın bir pərdə vardır. Və
hətta bu tiplərin başlanan kampaniyaya dəstək vermələrinin arxasında da bir
münafiqlik yatdığı görünməkdədir. Necə ki, Qurani Kərimdə buyurulur ki, "And
olsun ki, cəhənnəm üçün cinlərdən və insanlardan çoxlu fərd yaratdıq. Qəlbləri
vardır, bununla qavrayıb-anlamazlar, gözləri vardır, bununla görməzlər,
qulaqları vardır, bununla eşitməzlər. Bunlar heyvanlar kimidirlər, hətta daha
aşağılıqdırlar. Bax bunlar qafil olanlardır." ("Əraf" surəsi, 179) Bu adamlar da
mənanın nə olduğunun fərqində deyillər. Fəqət ictimai qınaqdan çəkindikləri üçün
ya səslərini kəsiblər, ya da bu təşəbbüsə alqış deyirlər. Həm də anlayırlar ki,
bu gün populyarlaşarsa, əlavə qazanc mənbələri artacaq. Bəli, bu yumurtadan yun
qırxanlar bu işdən də karlı çıxmağı düşünürlər. Hər halda mən belə düşünürəm.
Çünki bu tip insanların səmimiyyətinə, daxillərində milli hissin olmasına heç
zaman inanmamışam və inanmayacağam da. Bu adamlar üçün bir məbud var: PARA!
PARA!! PARA!!! Allahın qəlblərini və qulaqlarını möhürlədiyi insanlar əlbət
ki, Valentinə dua oxuyacaqlar. Dünyada bundan təbii heç nə ola bilməz.
***
Əslində 30 İyun təklifi o baxımdan qəbul olunmalıdır ki, biz
Valentindən qurtarmalıyıq. Əxlaq düşməni olan qüvvələrin məmləkətimizə gətirərək
efir vasitəsi ilə evimizə axıdılan bu çirkabı durdurmaq üçün mütləq bir çarə
bulunmalıydı. Bu baxımdan, 30 İyun təklifi Valentindən qurtuluş ola bildiyi üçün
dəstəklənməlidir. Bu yerdə Valentinin nəvələrinin sitat gətirdiyi İncildən
insanları doğru yola yönəltməklə bağlı sitat gətirmək faydalı olardı:
"Qardaşlarım, içinizdən biri həqiqətin yolundan dönərsə və biri onu yenə gerçəyə
döndürürsə, bilsin ki, günahkarı pis yoldan döndərən ölümdən bir can qurtarmış
və bir çox günahı örtmüş olur". (Yakobun məktubu, Bab 5, 19-20) Burada isə bütöv
bir millətin həyatından söhbət gedir. Gənclərin şüursuz halda şərəfsiz bir
romalının arxasınca addımlamasıdır əsas problem. Bunun qarşısı alınmalıdır.
MÜTLƏQ!
***
Düzdür, 30 İyun təklifinə dini nöqteyi-nəzərdən
yanaşsaq, yeganə problem yaradılacaq məsələ Fərizənin intiharıdır ki,
ağzıgöyçəklər məhz bu intihar hadisəsini əldə bayraq edərək əks-arqumentlə çıxış
edə bilərlər ki, Allah, verdiyi cana qəsdi qəbul etmir. Hərçənd ki, belə bir
cəsarətdə bulunacaq şəxsin olmasını sanmıram. Bir onu demək istəyirəm ki, Fərizə
intihar etməyib. Əgər etsəydi, bu, dini aspektdən intihar qəbul oluna bilərdi.
Onu da yaddan çıxarmayaq ki, bəzi hallarda məqsəd vasitəni doğruldur. Fərizə
İlhamına qovuşmaq üçün o addımı atdı! Fərizə Tanrı dərgahına yollanmaq üçün,
orada şəhidlik məqamındakı ömür-gün yoldaşını tək qoymamaq, onunla bu dünyada
yarımçıq qırılan məhəbbətini davam etdirmək üçün bu addımı atdı. Ən başlıcası,
dini maarifçiliyin aparılmadığı, insanların intiharın, öz canına qəsdin günah
olduğunu bilmədikləri bir dönəmdə bu kimi hadisələrin baş verməsini də gözardı
etməmək lazımdır. İstənilən halda isə mənşəyi və oriyentasiyası bəlli olmayan
Valentinin cəhənnəmə vasil olduğunu günü qeyd etməkdənsə, sevgisi uğrunda
canından keçən insanların həyatının ən şirin anını-toy gününü yad etmək daha
məntiqli deyilmi?
Bizim eşqi uğrunda fəda olan gözlə gördüyümüz
insanlarımı olduğu halda ən yaxşı formada desək müəmmalı bir insanın ölüm gününü
Sevgililər günü kimi qutlamağa haqqımız yoxdur! Hətta ən uzaq qohumunun belə
qədim Roma adəti üzrə hərəkət etməsini qəbul etməyənlər Valentin gününü qəbul
etməyəcəklər! Etməməlidirlər!!!
Bizə zina cocuqlarının deyil, pak
sevgi ilə bir-birinə bağlanan insanların ən xoş gününü qeyd etmək
yaraşır!
P.S. Cüzi dəyişikliklərlə dərc etdiyimiz bu yazı ilk dəfə
2004-cü ildə «Xural» qəzetində dərc olunub. 2006-cı ildə 30 iyun Sevgililər Günü
«ən yaxşı ideoloji yazı» kimi «Sevgi» mükafatına layiq görülüb.