1970-80-ci illərdə kompyuter texnologiyası o qədər inkişaf etmişdi ki, artıq onlardan evdə və ofisdə fərdi halda istifadə etmək olurdu. Kompyuter istifadəçiləri artdıqca qeyri-adi və sirli qruplar yaranmağa başladı. Haker terminindən ilk dəfə 1983-cü ildə «Newsweek» jurnalı istifadə edib. Jurnal hakerləri belə təqdim edirdi: «onların qeyri-adi ağıllıları var». Hakerlər kompyuterin «daxilinə» nüfuz edərək təhlükəsizlik xidmətini keçir, hətta FTB (Federal Təhlükəsizlik Bürosu) üçün təhlükə yaradırlar. Bir çox hakerlər kompyuter tarixində silinməz iz qoyaraq bu işə yeni başlayanların kumirinə çevriliblər.
Virus proqramları və ya kompüter virusları - Müxtəlif vasitələrlə bir kompüterdən digər kompüterə keçməyə cəhd edən, faylların korlanmasına (dəyişdirilməsi və ya silinməsi) gətirən və ya istifadəçinin işinə mane olan, digər proqramlarda gizlənmiş kiçik həcmli proqramlardır.
Virus proqram özünü təxminən bioloji virus kimi aparır: çoxalır, maskalanır və ziyanlı təsirlər göstərir (əməliyyatlar yerinə yetirir). Virus özgə disketlərdən, elektron poçt və ya digər İnternet resurslarından istifadə edilən zaman təhlükə yarada bilər, bu zaman lazım olmayan və tanımadığınız məktub və resursları maksimum dərəcədə məhdudiyyətlə istifadə etməniz məsləhətdir.
Ətrafınızda özündən əmin, güclü və ayaqları üstə durmağı bacaran biri kimi tanınmaq istəyir, bütün çətinliklərə asanlıqla sinə gərmək istəyirsinizsə bu tövsiyyələrə nəzər yetirin. Hətta lazımdırsa qeyd edin...
İmzadan xarakter oxuma elmi - Qrafologiya, Avropa və Amerikada tez-tez müraciət edilən bir elm budağdır
Kəşfiyyat təşkilatları hadisələri təhlil etmək, böyük şirkətlər işçi almaqda məqsədəuyğun qərar vermək, pedaqoqlar şagirdlərini daha yaxşı tanıya bilmək üçün imza və yazıdan xarakter təhlili etməyə tez-tez müraciət edirlər. Bizlərdə elə də çox çox tətbiq olunmayan bu sahə, ümumiyyətlə saxtaçılıq hadisələrini təhlil etməkdə istifadə edilir.
Şahmat haqqında müxtəlif rəvayətlər olsa da, bu sirli oyunun ilk dəfə bu eranın 570-ci ilində Hindistanda meydana gəldiyini güman edirlər. Digər tərəfdən, şahmatla bağlı ilk yazılı sənədlər də Hindistanla bağlıdır. Daha sonra şahmat İrana, oradan ərəb ölkələrinə, oradan da Avropaya yayıldı. Şahmatın Avropaya yayılmasında isə açar ölkə İspaniya idi. Bizans İmperatorluğunun da şahmatın inkişafında rolu az olmadı. Əvvəllər şahmat çox asta bir oyun idi. Ancaq 1400-cü illərin sonlarında iki uzaqmənzilli fiqurun (fil və vəzir) kəşf edilməsi oyunun sürətini artırdı. Şahmatla bağlı ilk kitabın müəllifi Luçena isə bu kitabda (1497-ci il) şahmatın yeni qaydalarını elan etdi. O vaxtdan indiyə qədər bu qaydalar olduğu kimi qalır