Cümə, 19.04.2024, 20:03:07


SİZİ SALAMLAYİRAM Гость | RSS


DAXİL OLMA FORMASI
SAYTIN MENYUSU


BÖLÜMÜN KATEQORİYALARI
free counters



ƏSAS SƏHİFƏ » Архив материалов
« 1 2 3 4 5 »

  Qarabağ xanlığının yaradıcısı, tanınmış sərkərdə və dövlət xadimi Pənahəli bəy Sarıcalı Cavanşir 1693-cü ildə Qarabağda Cavanşirlər boyuna mənsub əsl-nəcabətli bir ailədə anadan olub. Lap gənc yaşlarında Pənah xan İran şahı Nadir Əfşarın yanında xidmətə başlayır. Nadir şah öz müasirləri arasında parlaq hərbi iste'dadı ilə seçilirdi və gənc Pənah xan da onun yanında yaxşı məktəb keçərək, döyüş aparılması taktika və stratekiyasını mənimsəyir. Elə dövlət idarəçiliyini də Nadir şahın xidmətçisi olarkən öyrənir.
Kateqoriya: TARİX DANIŞIR | Baxılıb: 2147 | Əlavə etdi: RovshenK | Tarix: 24.01.2010 | Şərhlər (0)


Napaleonu təqib edən rus ordusunun zabitləri olan zadəganlar Avropada başqa həyat gördülər. Rusiyaya döndükdən sonra isə Vladimir Leninin sözləri ilə desək Rusiyada ilk inqilab baş verdi.

Kateqoriya: TARİX DANIŞIR | Baxılıb: 1386 | Əlavə etdi: RovshenK | Tarix: 26.12.2009 | Şərhlər (0)




Vətən istədilər. Olar, verərik dedik, Vətəni verəcəyik sandılar.. Biz sizə vətən deyil,
Vətən uğruna canımızı verərik demək istədik..! Vətən istədilər. Bizim deyil ki dedik.
Vətəni sahibsiz sandılar, Biz, bu vətən sahibsiz demədik, Biz, bu vətənin əmanətçisiyik
demək istədik..! Vətən istədilər. İndimi? dedik..
Kateqoriya: ŞAGİRD SƏHİFƏSİ | Baxılıb: 1331 | Əlavə etdi: RovshenK | Tarix: 22.12.2009 | Şərhlər (2)


"Türklər ilə qovğaya girmə, türklərin çevikliyi və qəhrəmanlığı məlumdur”.

"Baburnamə”dən

 

          Orta əsrlərdə Osmanlı, Səfəvi, Teymuri kimi möhtəşəm imperatorluqların qarşısında duruş gətirə biləcək nə şərqdə, nə də qərbdə elə bir qüvvə yox idi. Avropalılar türk qılıncından yaxa qurtarmaq üçün kilsələrində yaranadlarından kömək almaq üçün gecə-gündüz ibadət edirdilər. Qənaətləri isə bu oldu ki, türkün qılıncından onları yalnız türkün özü qoruya bilər. Belə də oldu, qərbin riyakar siyasəti baş tutdu. Məlum qardaş qırğınları baş verdi. Çaldıranda, Ankarada, Tərcanda kimin qanını tökdüyünü fikirləşəndə adamı dəhşət bürüyür. Bu vurhavurda yalnız bir dövlət soyuna, dininə, dilinə sadiq qalıb qardaşları ilə yalnız dostluq əlaqələri qurdu. Bu Hindistanda qurulmuş Babur türk imoeratorluğudur.

Kateqoriya: TARİX DANIŞIR | Baxılıb: 1488 | Əlavə etdi: RovshenK | Tarix: 15.12.2009 | Şərhlər (6)

         


          Ədəbiyyat xalq dilinin zənginliyindən, təkmənalı və çoxmənalı leksik vahidlərdən istifadə olunan ən böyük sənət abidəsidir. Varlığın gözəlliyi, insanın xarakteri, hiss və duyğuları dilin zənginliyi ilə açılır. Həm obrazların, həm də sənətkarın dilində məcazların bol-bol işlənməsi bədiiliyin tələblərindəndir.

Kateqoriya: ANA DILIMIZ | Baxılıb: 32038 | Əlavə etdi: RovshenK | Tarix: 14.12.2009 | Şərhlər (11)

Kateqoriya: ELM VƏ HƏYAT | Baxılıb: 990 | Əlavə etdi: RovshenK | Tarix: 11.12.2009 | Şərhlər (2)

null
SİZİN ÜÇÜN MARAQLIDIRSA, DAVAMINI DİQQƏTLƏ OXUYUN!
Kateqoriya: MARAQLIDIR | Baxılıb: 1401 | Əlavə etdi: RovshenK | Tarix: 09.12.2009 | Şərhlər (3)

VIII–XIII əsrlərdə islam ölkələrində elmə verilən böyük qiymətin sayəsində bir sıra alimlər yetişmiş və elm aləminə böyük töhvələr vermişdir. Müsəlman ölkələrində elm Avropa ölkələrinə nisbətən daha geniş yayılmışdı. Bu hər şeydən əvvəl islamın sayəsində mümkün olmuşdu. Məhəmməd peyğəmbər (s.ə.s.) buyurmuşdu: «İnsan beşik evindən məzar evinə qədər elm öyrənməlidir».

Ərəbistanda, islamı qəbul etmiş ölkələrdə və orta Asiya ölkələrində astronomiyanın, eləcədə elmin digər sahələrinin inkişafı davam edirdi. Böyük karvan yolları və dənizçilik, mürəkkəb Ay təqvimi sistematik müşahidələr və astronomiya haqqında bilik tələb edirdi. Ona görə də bir çox müsəlman ölkələrində elmi mərkəzlər və xüsusi rəsədxanalar yaradılırdı. Bu yaradılan rəsədxanarda daimi müşahidələr aparılırdı. Orta şərqdə yerləşən ölkələrdə astronomiya və fəlsəfə yüksək inkişaf mərhələsinə çatmışdı.

İslamın qəbulundan sonra müsəlmanlar arasında yunan, Bizans və Sasani mədəniyyətlərinin elmi irsinə misli görünməmiş bir maraq yarandı. Çox böyük zəhmət və ciddi cəhdlər hesabına islam dünyası bir neçə əsr ərzində dünyanın elm və mədəniyyət mərkəzinə çevrildi. Elmlə məşğul olmaq istəyənlər Çinə yox, Xilafətin paytaxtı Bağdada üz tuturdular. Məhz həmin zamanlar Pifaqor, Platon, Aristotel, Arximed, Qalen, Hippokrat, Evkilid, Ptolomey və başqalarının əsərləri ərəb dilinə tərcümə edildi.
Kateqoriya: ELM VƏ HƏYAT | Baxılıb: 1294 | Əlavə etdi: RovshenK | Tarix: 06.12.2009 | Şərhlər (0)

Professor Lütfi Ələsgərzadə və yaxud dünyada Lüfti Zadə adı ilə tanınan insan 4 fevral 1921-ci ildə Bakıda, Rəhim Ələsgərzadənin ailəsində anadan olmuşdur. O, dünyaya göz açan dövrlər çox təzadlı və ziddiyyətli idi. Öz intibahına qədim qoymuş Azərbaycanda köhnəliklə yeniliyin səngiməyən mübarizəsi gedirdi.

Kateqoriya: ELM VƏ HƏYAT | Baxılıb: 1584 | Əlavə etdi: RovshenK | Tarix: 06.12.2009 | Şərhlər (1)


Bağdad şəhərindəki İmam Musa ibn Kazımın məzarı yanında sadə və qərib bir məzar da var. Məzarın başdaşı üzərində ərəb əlifbası ilə və olduqca gözəl bir xətlə bu sözlər yazılıb: "Dinin və xalqın dayağı, elm dünyasının şahı. Analar belə bir oğul bir daha doğmadı”. İnsan qəlbini riqqətə gətirən bu sözlər Azərbaycan xalqının dünya elm-mədəniyyətinə verdiyi və bu gün də adı elm aləmində qürurla çəkilən görkəmli filosof, astronom, riyaziyyatçı, tarixçi, iqtisadçı və hüquq elmləri bilicisi kimi tanınan Məhəmməd ibn Həsən Nəsirəddin Tusi haqqındadır. Əsrlər ötsə də, Nəsirəddin Tusinin yaradıcılığına maraq heç zaman azalmır. Bircə faktı deyək ki, son 100 ildə dünyada həyatı və yaradıcılığı onun qədər araşdırılan ikinci bir dahi tapmaq çətindir.

Kateqoriya: ELM VƏ HƏYAT | Baxılıb: 2347 | Əlavə etdi: RovshenK | Tarix: 06.12.2009 | Şərhlər (0)





Hava haqqında

muellif:Rovshen Kesemenli © 2024