Cümə axşamı, 25.04.2024, 04:07:59


SİZİ SALAMLAYİRAM Гость | RSS


DAXİL OLMA FORMASI
SAYTIN MENYUSU


BÖLÜMÜN KATEQORİYALARI
free counters



MƏQALƏLƏR

Главная » Статьи » ŞERLƏR (Sandıq ədəbiyyatı)

YAĞIŞ YAĞACAQ
Ay batır İlahi eşq sevgisində 
Kim qalacaq batanlar ölkəsində
Bir səs qalıb ildırımın səsində 

Şimşəklər deyir ki, yağış yağacaq. 


Bir damcı su üçün çatlayacağam, 

Əzabın dizini qatlayacağam. 

Gecə də, gündüz də yatmayacağam

Şimşəklər deyir ki, yağış yağacaq. 


Nə yaxşı ki, torpaq məni götürsə, 

nə yaxşı ki, şam ağacı bitirsə. 

Başım üstə anadil quş ötürsə, 

Şimşəklər deyir ki, yağış yağacaq. 


Bilirəm ki, məndən küsməyəcəklər

Ömrümü-günümü üzməyəcəklər. 

Hər zaman yolumu gözləyəcəklər

Şimşəklər deyir ki, yağış yağacaq. 


Üst-başımda toz quracaq hörümçək

Dost tanışlar bizə qonaq gələcək. 

Kələ-kötür yöndəmim düzələcək

Şimşəklər deyir ki, yağış yağacaq. 


Yağılar yurdumda yağmalanacaq

Mələklər gözümdə sığallanacaq. 

Süni çiçəklər də ağıllanacaq

Şimşəklər deyir ki, yağış yağacaq. 


Hər işim olacaq öz qaydasında

Daha ölməyəcəm yar sevdasında. 

Duracam bir eşqin daş libasında

Şimşəklər deyir ki, yağış yağacaq. 



Mustafa Rasimoğlu, 

Azərbaycan Yazıçılar Birliyinin üzvü, 

Ağstafa şəhər texniki-humanitar təmayüllü 

liseyin müəllimi. 



Источник: http://agstafa-liseyi.tk
Категория: ŞERLƏR (Sandıq ədəbiyyatı) | Добавил: RovshenK (31.01.2010) | Автор: Mustafa Rasimoğlu
Просмотров: 1091 | Комментарии: 2 | Рейтинг: 5.0/1
Всего комментариев: 2
1 QIYMAT BAGIROVA   (23.05.2010 01:19:00) [Material]
ASLANIN ERKAYI DISISI OLMAZ

2 RovshenK   (23.05.2010 12:10:57) [Material]
Eledir, Qiymet xanim. Sizi opurem ve bagrima basiram! cool

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]




Hava haqqında

muellif:Rovshen Kesemenli © 2024