Çərşənbə axşamı, 16.04.2024, 13:30:26


SİZİ SALAMLAYİRAM Гость | RSS


DAXİL OLMA FORMASI
SAYTIN MENYUSU


BÖLÜMÜN KATEQORİYALARI
free counters



MƏQALƏLƏR

Главная » Статьи » ŞERLƏR (Sandıq ədəbiyyatı)

Düşmən qardaşlar (poema)


Proloq

Məni dara çəkir qəlbi qaralar
Məclis-mərəkədə yeri düşəndə.
Deyirlər bu haqda neçə əsər var

Onlar necə yazıb, elə yaz sən də. 

 

Əgər mən də elə yazacaqdımsa, 

Mənim yazmağıma nə ehtiyac var?

Həqiqət yolunu azacaqdımsa, 

Boğmazdımı məni o saf duyğular?


KƏSƏMƏN

Qazax mahalının ucqar yerində

Bir kənd binə tutmuş adı Kəsəmən.

Yazdığım əsərin hər sətirində

İzahat verərək oxucuma mən

Yazacam o kəndin əfsanəsini,

İgid nərəsini, güllə səsini.

Oxucum, əsərin qəhrəmanını

Sənə tanış edib demək istərəm.

Sadəcə dedilər onun adını,

Qıraq Kəsəmənli o Qaçaq Kərəm.

Mənim əsərimin mərd qəhrəmanı

Tək Kərəm deyildi, İsrafil də var.

Əzizim, onları sən qoşa tanı,

Biri o birindən qalmazdı onlar.

Kəsəmən min evdən ibarət olan

Böyük bir kənd idi Kür qırağında,

Deyirlər Nikolay olmuşdu yalan,

Bu kənd öz kefində, öz damağında,

Tabelik etməzdi soltana, xana,

Lakin hörmətliydi insan-insana.

O zamana məxsus böyük vergilər

Bu ildən o ilə qalardı müdəm.

Çiyni ağ paqonlu pristav gələr

Kəndin ayağında dayanaq, bu dəm

İsmarıc söylərdi İsrafilə ki,

Beş ildir alınmır bu kənddən vergi,

İcazə versəniz kəndə girərdik,

Toplayıb pulunu banga verərdik.

İsrafil bir kəlmə:-Olmaz!-deyərdi,

Pristav səssizcə geri dönərdi.

Bəli, o zamanın mərd oğulları,

Mənim əsərimin qəhrəmanları

Öz doğma elinə sadiq yaşadı.

Odur ki, bu eldə onların adı

Nəsildən nəsilə yadigar qalır,

Şair də ilhamın onlardan alır.

Oxucum, buranı yadında saxla,

Sonra qayıdarıq biz mətləb üstə.

Mənim söhbətimi dinlə maraqla,

Bilmədiyin nə var sən məndən istə,

Sonra qayıdarıq biz mətləb üstə.

Görək kimdir Kərəm, kimdir İsgəndər?

İsrafil kim olub bilsək yaxşıdır.

sonra mətləb üstə gəlsək yaxşıdır,

İsrafil kim olub bilsək yaxşıdır.

İndi, sənə deyim kimdir bu gənclər,

Kərəmin atası olmuş İsgəndər.

Onun da atası Molla Zal olmuş,

Yazı-pozu bilən əhli-hal olmuş.

İrandan gəlmişdi bir vaxt Qazağa,

(Mətləbdən düşməyək gəlin uzağa)

İsgəndər at çapan, qılınc oynadan,

O qalib çıxarmış hər bir davadan.

Xanlara-bəylərə divan tutarmış,

Qartalın gözünə güllə atarmış.

Çalarmış-çaparmış dövlətliləri,

Dünyaya məlummuş onun hünəri.

Gürcü, ermənidən çox dostu varmış,

Bütün sirlər ona agah olarmış.

İlk oğlu Kərəmə qurbanlar kəsmiş,

Günlərlə beşiyi başıda əsmiş.

"Arxam olar"-deyə, çox sevinərdi,

silərdi qəlbindən kədəri, dərdi,

Nəzir-niyaz verər, pul paylayarmış,

Körpəni özünə arxa sanarmış.

Kərəm yetişəndə on beş yaşına,

Uyuya bilmədi tayı-tuşuna.

Sevməzdi yalandan üzə güləni,

Vura bilməyəndə hədə gələni.

Özünə bənzəyən dost axtarardı,

Nə qədər qohumu-qonşusu vardı

Yox idi içində ona oxşayan

Ki, yaman gündə olsun dostuna həyan.

Gen dünya Kərəmə dar görünərdi,

Tək, bircə vəfalı dost idi dərdi.

(Qəhrəmanov Musa, şair ustadım

Yazan "Müxəmməs"i mən varaqladım:)

Kərəm, sənin qoç igidin. Düşməninə vermədi bac,

Üç dövləti tərac etdi, ömrü boyu qalmadı ac.

Kərəm deyə, fəxr elədi hər bir səhra, hər bir yamac,

Nikolay görə bilmədi, camalına qaldı möhtac.

Niyə qoydun əldən ala Kərəmi Tehran, Kəsəmən?!

(İndi də oxucum bağışla məni,

İsrafillə tanış eyləyim səni).

Elə ki, gəldi dünyaya Kərbalıyev İsrafilbəy,

Vahiməsi canlar alır, igidsənsə xətrinə dəy!

Necə belə can yaradıb görəsən bu çərxi-fələk!

Halal olsun anasına, qoç igidə çəkib əmək,

İnanma ki, bir də görə bir belə oğlan Kəsəmən!

Kərəmdən iki il sonra İsrafil

Dünyaya göz açdı kəndimdə mənim.

Dolandı həftələr, dolandı ay, il,

Düşdü bəxtəvərə elim, vətənim,

Dünyaya göz açdı kəndimdə mənim.

Atası Rusyayla-Türk davasına

Muzdli əsgər getdi dolanma üçün.

Aldı neçə Orden, sonra da bir "ÇİN",

Muzdlu əsgər getdi dolanma üçün.

Kişinin çox böyük hörməti vardı

Dövlət yanında da, el içində də.

Əfsus, əzədlığın hüdudu dardı,

Bir qüdrət görmədi Oruc "Çin"də də.

Düzrür, neçə hektar yer bağışladı

Kəsəmən kəndindən Nikolay ona.

Nə olsun taleyi çox pis başladı,

Bəxtinin yelkəni çatmadı sona.

Bir gün dava saldı Ceyran çölündə

Otaraq yerinin üstə çobanlar.

Üç adam vuruldu dağın belində,

Qaçıb yoxa çıxdı güllə atanlar.

-Qulam oğlu Kərim vurub-dedilər,

Baş götürüb qaçıb Gürcüstan sarı.

Əlbəəl Uyezdə xəbər verdilər,

Axtarış başladı dərə-dağları.

Qaraçöp, Üçtəpə, Qavrı, Qazangöl,

Hər yer axtarıldı, yoxa çıxdı o.

Atlı jandarmanı tutmayırdı çöl,

Bəlkə göyə çıxıb? Yerdə yoxdu o?

...Pristav çöllərdən yan aldı kəndə,

Atlılar Kərimin evinə düşdü.

Dəstəni həyətdə görcək gəlin də,

Canına qorxulu üşütmə düşdü.

Biçarə gəlinin nə xəbəri var,

Nə hadisə olub əlli verstlikdə?

(Söz soruşmağın da öz təhəri var,

Pis nəticə verir bəzən tərslik də).

-De, ərin hardadır, dişi canavar?

Deyərək, pristav bir qamçı vurdu.

Hadisə yerində xeyli adam var,

Pristav özündən çıxdı, qudurdu,

Yenə də qadına bir qamçı vurdu.

...Oruc camaatı gördü uzaqdan,

Atını birbaşa oraya sürdü.

Yolu burdan idi, gəlir Qazaxdan,

Pristav bir qadın döydüyün gördü,

Atını birbaşa oraya sürdü.

Elə bil bədəni od tutb yandı,

"Kişi də qadına əl qaldırarmı?!"

Çatıb, pristavla qarşı dayandı:

-Neynirsən utanmaz? Qeyrətin varmı?

Kişi də qadına əl qaldırarmı?-

Deyib, pristava bir şillə çaldı,

Boğdu pristavı burda qəzəb, kin.

Acıxlı naqanı əlinə aldı,

Parladı Orucun döşündəki "Çin",

Boğdu pristavı burda qəzəb, kin!

-Yaxşı, köpəyoğlu!-dedi pristav,

(O, cilovlamadı qürur təbini).

Oruc bu kəlməyə eylərdimi tab?

Silahla söndürdü öz qəzəbini.

Vurdu kəlləsinə üç ədəd patron,

Jandarmaların da əsdi bədəni!

O, bu haqsızlığa belə qoydu son,

Bu iş çox qorxutdu gəlib-gedəni,

Jandarmaların da əsdi bədəni!

Qazax uyezdinə tez çatdı xəbər,

Gəncə də eşitdi bu hadisəni.

Qubernator gəldi. Açıldı səhər,

Dövrəyə aldılar tez Kəsəməni,

Gəncə də eşitdi bu hadisəni.

Oruc belə dedi qubernatora:

-Pristav çağırırsız onun adını,

İxtiyar verirsiz vicdansızlara,

Məni də saymayır, döyür qadını,

-Pristav çağırırsız onun adını!

Belə şeylər yoxdu bizim millətdə,

Kişi görə-görə qadın döyülsün!

Ana müqəddəsdir bizim adətdə,

Qoymarıq bir kəlmə ona söyülsün,

Kişi görə-görə qadın döyülsün!

*******************************

Onu apardılar quberniyaya,

Gəncə Peterburqa teleqram vurdu.

Bir çaxnaşma düşdü "Divanxana"ya,

Vəkil məhkəməylə üz-üzə durdu,

Gəncə Peterburqa teleqram vurdu.

Cavab belə gəldi: "Alınsın Çini,

Bir də bağışlanan əkin sahəsi.

O vəhşi millətdir, başqadır dini,

Qoy ölsün mənliyi, ölsün həvəsi,

Alınsın əlindən əkin sahəsi!"

Söküldü Orucun Çini, paqonu,

Rütbədən, silahdan azad etdilər.

Beləcə buraxdı məhkəmə onu,

Məhbusun qəlbini çoz şad etdilər,

Rütbədən, silahdan azad etdilər.

Döndü öz kəndinə Oruc o gündən,

Qaynadı-qarışdı kəndlilərinə.

Elə bil qurtardı dağdan-düyündən,

Alışdı təzədən alın tərinə,

Qaynadı-qarışdı kəndlilərinə.

*********************************

(Oxucum, indi də, harada qaldıq?

Qələm əlimdədir, yazaq oradan.

Olmaya biz başqa xəyala daldıq?

Yazaq o dövrandan, o zamanadan,

Qələm əlimdədir, yazaq oradan).

Bizim zəmanədən bir əsr qabaq

Hamıya gülməzdi dövrün rüzgarı.

Kimi min fikirlə açardı sabah,

Kimi də toplayıb dövləti-varı

Ağalıq eylərdi bir para kəndə.

Ellər bahar fəsli dağa köçəndə

Onun sürüsünün dalı kəsilməz,

Günü-gündən artar, azalmaq bilməz.

Fağır-füqəradan nökər-neyifi,

Sərxoşluqla keçər, kök olar keyfi.

*********************************



Источник: http://agstafa-liseyi.tk
Категория: ŞERLƏR (Sandıq ədəbiyyatı) | Добавил: RovshenK (23.05.2010) | Автор: Huseynbala Oruclu
Просмотров: 1206 | Комментарии: 1 | Рейтинг: 3.5/4
Всего комментариев: 1
1 RovshenK   (25.05.2010 12:16:14) [Material]
cool

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]




Hava haqqında

muellif:Rovshen Kesemenli © 2024