Çərşənbə, 24.04.2024, 02:43:08


SİZİ SALAMLAYİRAM Гость | RSS


DAXİL OLMA FORMASI
SAYTIN MENYUSU


BÖLÜMÜN KATEQORİYALARI
free counters



Главная » 2010 » Noyabr » 29 » YENİ DÜNYA DÜZƏNİ
15:11:46
YENİ DÜNYA DÜZƏNİ
1188-ci ildə Hugunes de Payen, Andre de Montbard və 7 dostu papadan və Qüds kralından icazə alaraq öz təşkilatlarını  -  "İsanın yoxsul əsgərləri” və "Süleyman Məbədi” (Templiyerlər)ni yaratdılar.   Ilk məqsədləri müqəddəs torpaqları ziyarətə gələn zəvvarları qorumaq, ticarət karvanlarının güvənliliyini artırmaq idi.  Ağ paltarlarında "8 uclu qırmızı xaç” var idi. Gizli məqsədləri isə : Süleyman məbədini yenidən inşa etmək, Hz İsanın bilinməyən tərəflərinə dair bilgi toplamaq. Onlar qısa müddətdə külli miqdarda varlandıqlarından, hətta krala belə pul borc veirdilər. Onlar 1139-cu ildə Londonda öz kilsələrini açırlar. Hər iki dinin vəhdətini əsas kimi götürürlər. Islamdan savaşçılıq, mənlik, xristianlıqdan, yəhudilikdən iqtisadi baarıqları götürürdülər.  72 maddəlik proqramları var. Ağ, sadə paltarlar geyər, heç danışamadan yemək yeməli, 3 dəfə həftədə ət yeməli, yatarkən 13 dəfə Peter duası oxumalı idilər. Qadınlarla alış-veriş, əlaqə qadağan olunurdu.Sayları isə o zaman 300-ü keçmirdi.

Sonrakı taleləri bir az keşməkeşli olur... çünki Xaşxaşilər təriqəti ilə rəqabətdə idilər. Lakin 1187-ci ildə Səlahəddin Eyyubinin hücumları onları zəiflədir. (P.S R.H – Xaç Yürüşləri nəzərdə tutulur) Hətta onların başçıları da əsir alınır. 1291-ci ildə Sultan əşrəfin başçılığı ilə 18 mayda tam qələbə çalınır və təşkilat məğlub olur.  Kral IV Gözəl Filip ( o, gözəl olduğu üçün sıralarına götürməmişdilər) onları tutdurur. Rəhbərləri James De MOLAY , Clementi və Çarvey sonradan tonqalda yandırılırlar. Beləliklə templiyerlər dağılır və avropa ölkələrinə qaçırlar.

Prieure de Sion (Sion birliyi)

1090-cı ildə Sion təpəsi deyilən yerdə yarandı. Qeds o zman müsəlmanlarda olduğundan Fransaya getmişdilər. Onların gizli məqsədi qan davasıdır. Hədəfləri qədim fransız kral sarayından olan Merovenj xanədanını Fransada və Avropada işbaşınagətirməkdir. Botiçelli, Da Vinçi, Hüqo, Nyuton, Boyle onların üzvü olublar zaman-zaman. Bu gün də varlığını sürdürən AB dövlətləri proyekti yolundadırlar. Başında "tanrı - kral” adlanan adam durur. ən yüksək dərəcəsi "dənizçi” kodudur. Bu kodu 1963-cü ilə qədər JEAN COCTEAN tərəfindən daşınmışdır. Sonra vəzifəni Pyer Plantard almışdır (1984-cü ilə kimi). Sonra kim olması bilinmir....

Nostradamus da sion üzvü olub. Onun yazdıqları qabaqgörənlik deyil, təşkilatın gələcəyə təlimatlarıdır. Ona şifrəli bir tarixi kitab verilib. Atası Jean de Saint Ramy yəhudi astroloqu idi. Pnun II Henrixin ölümü ilə bağlı dediyi də qurmadır.

Sionistlərin indi dünyada əsas məqsədləri dünyaya yeni bir din gətirmək və 1 nəfər vasitəsilə bütün dünyanı idarə etməkdir. Bu adamın İsa soyundan olması ehtimal olunur.  Onlar dünyada son savaşın A R M A G E D O N da olacağına inanırlar. Bu savaşınsa türklərlə olacağına inanırlar. Dünya əhalisinin sayını 1,5-2 mlrd-a çatdırmaq istəyirlər. Kütləvi qırğınlar törədrlər. Təməl prinsipləri "TƏK MİLLƏT, TƏK DÖVLƏT, TƏK BAYRAQ” dır.


T ə ş k i l a t l a r

CFR, BİLDERBERG VƏ TRİLATERAL

1921-ci ildə New-Yorkda  CFR ( council of foreign relations – xarici əlaqələr şurası) yarandı.  Valter Lipman və Morgen tərəfindən yaradılmışdır.İlk prezidenti senator Prudi Bosviç olmuşdur.  Rokfeller və karnegi vəqfi maliyyələşdirir. II dünya müharibəsində atomunYaponiyaya atılmasına bu komitə qərar vermişdir. Amerikanın bütün xarici siyasətini bu komitə yönəldir. Strategiya bunlar tərəfindən hazırlanır və öz adamları tərəfindən həyata keçirilir. Ən məşhur üzvü ABŞ-ın sabiq xarici işlər naziri Henry KİSSİNGER olmuşdur. Onun vaxtında İsrailə külli miqdarda yardım edildi.

Həmçinin  BİLDERBERG və TRİLATERAL komissiyası da fəaliyyət göstərir. Assoşeyted adlı lobbi şirkətləri vardır. 3300 üzvü vardır. FBI, CIA, DİA, DEA şefləri bu qruplaşmanın üzvləridirlər. Məşhur üzvləri Rokfeller, Klinton, ata Buş, Cimmi Karter, Dik Çeyni , Colin Pavel, Madlen Allbrightdır. Türkiyədən də bir çox Bilderberg üzvləri var. Bu Koç holdinqin rəhbəri Fəhmi Koç (1999-cu ildə qəbul edildi) Abş-dakı demokrat və respublikaçılar da CFR üzvləridir. Hakimiyyətə gəlməsindən asılı olmayaraq həmişə iqtidarda CFR-dir. Qarşı çıxan KENNEDYnin və Nixonu halına düşür J

Təşkilat 2 hissədən : iç və xarici hissədən ibarətdir. İç hissə 40 nəfərdir. Əsas qərarlar burada qəbul olunur və lazım olduqda xarici hissəyə ötürülür. İç hissənin başında David Rokfeller durur. Başqa millətlər ən yaxşı halda xarici hissənin üzvü ola bilərlər. Iç hissə də 3 dairədən ibarətdir. 1954-cü ildə Bilderberg, 1979-cu ildə Rokfeller tərəfindən ABŞ-AVROPA-YAPONİYANI birləşdirən TRİLATERAL komissiyası yaradılır. Vudro Vilsonu da onlar prezident seçdirirlər və I dünya müharibəsini hazırlayırlar. I dünya müharibəsində ABŞ xalqı müharibəyə qarşı olduğundan əks ruh yaratmaq üçün məqsədli şəkildə Lusitania gəmisini Almanlara vurdururlar. ABŞ-dakı 29-cu il böhranı da məqsədli olmuşdur. Belə bir zamanda Ruzvelt hakimiyyətə gəlir. Köməkçisi CFR üzvü Gerard Svope idi. ən çox CFR üzvü hakimiyyətdə Nixonun vaxtında idi (110 nəfər).  BMT də CFR-in bir qanadıdır, onun yerləşdiyi bina Manxettendə Rokfellerin mülküdür.  Amma.... ondan bezənlər də oldu. 10 ildə çox CFR üzvü olan Amiral Çester Vord əks getti və 1975-ci ildə "Sədrdəki Kissinger” adlı kitab buraxdı. Qeyd edək ki, CFR-in rəsmi dərgisi "Foreign Affairs”dir. CFR hətta sonda ABŞ-ı da devirmək istəyir. İMF və dünya bankı iqtisadi təsir mexanizmləridir.

I dünya müharibəsinə səbəb olan Avstriya vəliəhdi  Frans Ferdinandı Serb millətçisi mason Qavrilo Prinsip öldürmüşdü. "Qara Əl” əməliyyatı. Suiqəsd əmrini Fransız böyük locası (Grand Orient) vermişdi. Avropanın təhlükəsizliyinə isə Bilderberg baxır. 1959, 1975-ci ildə bu təşkilatın toplantısı Türkiyədə keçirilmişdir.  İMF başkan yardımçısı Fişerin 1997-də Asiya, 1998-də Rusiya, 2001-də türkiyə krizlərində rolu olmuşdur. Openhauer, Rhidis, Bronfman ailələri, Adnan Menderes də qatılmışdır. Tanınmış simalardan İsmayıl Cem, Hikmet Çetin, Demirel, İhsan Dogramacı, Ecevit, Bayazit şirk. Qrupudur. Bilderbergin Türkiyə təmsilçisi Kissingerdir. 1990-da Erdal İnönü və H.Çetin də üzv olub. Bayazit 33-cü dərəcədən mason olub. Isveç böyük locasının ustadıdır. Türkiyə ancaq Bilderbergə üzv ola bilər. Avropa 2-nə, ABŞ 3-nə də üzv ola bilər.

Eisehover Exchange Fellovship (EEF) isə ayrı-ayrı yerlərdən insanları seçib ABŞ-a aparır, yetişdirir. (1954-də yaranıb) 9 ay gəzdirib ABŞ həyatını sevdirirlər. 54-93-ə qədər25 nəfər gedib.  Tetçer, Jirinovski, Qorbaçov da bu məktəbin yetirməsidir. Kamal Dərviş də (o dünyanın ən önəmli 120 adamından biridir) buranı keçib. General Motors, Exxon, Kola, Sony, toyota və s şirkətlər "deyirmanlarına su tökürlər” Trilateralın simvolu iç-içə girmiş 3 dənə 6 rəqəmidir, yəni 666.

Daha bir təşkilat "İlluminati” Fransada yakobinlər kimi tanınır və 1779-cu il inqilabı da onların proyekti idi. İlluminatinin əsas devizi "Ardo ad CHAO”  (xaosdan düzən) dir. Xaos yaratmaq onların devizidir.

"Rose Croix” (Gül Xaç) da belə təşkilatlardır. "Golden Down” (Qızıl Şəfəq) da bu cür təşkilatlardandır. "Qurubaş və sümük” adlı bir təşkilat isə ABŞ-da 1832-ci ildə yaranıb. İlluminatinin davamı olaraq Russel və Alfonso Taft tərəfindən gətirilmişdir. Hər il 15 üzv qəbul edildiyi söylənilir. Onlar əsasən 3 təşkilata kadrlar hazırlayırlar.Ən məşhur üzvləri ata və oğul Corc Buşdur. Bura girmək üçün ağ, anqlosakson, protestant olmalısan. Üzvlərinin 7 arxa dönəninin də protestant olması araşdırılır. Əsas məqsədləri ağ və anqlosakson olanların idarəçilikdə üstünlüyünə nail olmaqdır. Onlara aid İsveçrədə qəbristanlıq vardır.

"De Molay” (1919) gənclərin masonik yetişməsinə çalışır.

"B`nai Birth” – ancaq yəhudilər qəbul olunur.

"Defamation League” (ADL) təşkilatı isə anti-semitist propoqandaları müəyyən etmək üçündür.

MOONÇULUQ 

Dərin dünya təriqətidir. Qurucusu cənubi Koreyalı rahib Sun Myunq Moondur. Onun sayəsində koreyanın 40 %-i xristian olmuşdur. Məqsədləri yəhudilərin "tək din” proyektini reallaşdırmaqdır. İndiki CHP başkanı Deniz Baykal ABŞ-da MOON toplantısına qatılmışdır.

SIRLI RƏQƏMLƏR

3, 7, 9, 11, 13, 39 rəqəmləri onlar üçün məna kəsb edir. Məsələn, ABŞ-ın həqiqi əyalət sayı 13, Konstitutsiyasının 7 maddəsi var, Konstitutsiya konvensiyasını 39 üzv imzalamışdır.


 

ABŞ 4 iyul 1776-da yaranıb. İyul 7-ci ay, 7+4 (iyul)=11 edir. Həmçinin 1+7+7+6=21, yəni 3x7 deməkdir.  Bundan başqa 1 dolların üzərində 9 quyruq tüklü qartal, 13 yarpaqlı zeytun ağacı, 13 cizgi və çubuq, 13 ox, 13 hərfdən ibarət "E pluribus Umum”, 13 daşdan ibarət piramida, 13 hərfdən ibarət "Annuit Captios”.

 

"SİYASƏTDƏ HEÇ BİR ŞEY TƏSADÜFİ DEYİLDİR” – Bunu isə mən yox RUZVELT deyib.
Просмотров: 1178 | Добавил: RovshenK | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]




Hava haqqında

muellif:Rovshen Kesemenli © 2024