Çərşənbə axşamı, 16.04.2024, 22:42:27


SİZİ SALAMLAYİRAM Гость | RSS


DAXİL OLMA FORMASI
SAYTIN MENYUSU


BÖLÜMÜN KATEQORİYALARI
free counters



Главная » 2010 » Mart » 26 » Rus riyaziyyatçı 1 milyon dollardan imtina edir
14:44:58
Rus riyaziyyatçı 1 milyon dollardan imtina edir

Rusiya riyaziyyatçısı Qriqori Perelman  layiq görüldüyü  Filds mükafatını  (Fields Medal) almaqdan imtina edir. BBC-yə istinadən xəbər verilir ki, Perelman  1 milyon dollar dəyərində olan mükafat  Puankare teoremini isbat etdiyinə görə layiq görülüb. Lakin Perelman 1 milyonluq mükafata layiq görülməsinə heç sevinmir. Bundan əlavə,  o mükafatı almağa da tələsmir. Sankt-Peterburqdakı "İsti ev” uşaqlara yardım Xeyriyyə Fondu isə Perelmana məktub ünvanlayaraq onu mükafatı alaraq  Fonda keçirməyə dilə tutur. Məlumata görə, 43 yaşlı Perelman Sankt-Peterburqda sadə evdə anası ilə birlikdə yaşayır. O artıq  riyaziyyatdan uzaqlaşıb, son 4 ildə həmkarları ilə ünsiyyət saxlamır. 
Xeyriyyə fondu məktubunda bildirir ki, "sizin mükafatdan imtina etmək qərarınız bir çoxları üçün etik nümunə olub”. Məktəb illərindən riyaziyyat dahisi hesab olunan Perelman yerli jurnalistlərdən birinə "Mənə lazım olan hər şeyim var”deyib.

Daily Mail qəzeti yazır ki, Perelman jurnalistlə mənzilinin bağlı qapısı arxasından danışıb. Qeyd olunur ki, Perelman 4 il əvvəl nüfuzlu Filds mükafatına  layiq görülüb və tarixində ilk riyaziyyatçı kimi bu prizdən imtina edib. "Məni pul və ya şöhrət maraqlandırmır. Mən istəmirəm ki, insanlar mənə zooparkdakı yırtıcı kimi baxsınlar. Mən heç də riyaziyyat qəhrəmanı deyiləm, o qədər də uğurlu riyaziyyatçı da deyiləm və buna görə də istəmirəm mənə baxsınlar”,deyə Perelman bildirib.     
Rusiya Federasiya Şurasının sədri Sergey Mironov öz qərarını qəbul etməsi üçün  riyaziyyatçını rahat buraxmağa çağırıb. Mironov "başqaların cibindəki pulları saymaq ədəbsizlikdir”deyib. 
Категория: ELM VƏ HƏYAT | Просмотров: 1081 | Добавил: RovshenK | Рейтинг: 5.0/1
Всего комментариев: 2
1 kasib oglan   (02.04.2010 00:49:45) [Material]
ay baxdbaxt niya goturmursan yetim usaqlar evina ver

2 RovshenK   (02.04.2010 13:12:07) [Material]
Atalar yaxşı deyib: "Ac ol, kişi ol!" cool

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]




Hava haqqında

muellif:Rovshen Kesemenli © 2024