Şənbə, 20.04.2024, 00:25:46


SİZİ SALAMLAYİRAM Гость | RSS


DAXİL OLMA FORMASI
SAYTIN MENYUSU


BÖLÜMÜN KATEQORİYALARI
free counters



Главная » 2010 » Yanvar » 24 » PƏNAH XAN QARABAĞLI
12:11:10
PƏNAH XAN QARABAĞLI


Qarabağ xanlığının yaradıcısı, tanınmış sərkərdə və dövlət xadimi Pənahəli bəy Sarıcalı Cavanşir 1693-cü ildə Qarabağda Cavanşirlər boyuna mənsub əsl-nəcabətli bir ailədə anadan olub. Lap gənc yaşlarında Pənah xan İran şahı Nadir Əfşarın yanında xidmətə başlayır. Nadir şah öz müasirləri arasında parlaq hərbi iste'dadı ilə seçilirdi və gənc Pənah xan da onun yanında yaxşı məktəb keçərək, döyüş aparılması taktika və stratekiyasını mənimsəyir. Elə dövlət idarəçiliyini də Nadir şahın xidmətçisi olarkən öyrənir.


Pənah xanın xüsusi qabiliyyətləri və cəsurluğu şahın diqqətini cəlb edir və Nadir onu özünün yaxın əhatəsinə daxil edir. Ancaq az keçməmiş Pənah xan bədxahlarının sayeyi-mərhəmətindən Nadirin qəzəbinə gəlir və şahın qorxusundan Vətənə qayıtmaq məcburiyətində qalır. Özünə sadiq adamlardan bir dəstə toplayaraq, o, bir müddət Qarabağ dağlarında, bir müddət isə Şəki vilayətində gizlənməli olur. 1747-ci ildə Nadir şahın qətlindən sonra Azərbaycanda Gəncə, Şirvan, Şəki, Quba, Bakı və başqa xanlıqlar yaranır. Qarabağda Pənah xan hakimiyyətin mərkəzləşdirilməsi əleyhinə olan yerli əmirlər və məliklərlə gərgin mübarizədə Qarabağ xanlığını qurur. 1551-ci ildə əsası qoyulmuş Qarabağ-Gəncə bəylərbəyliyi iki yerə�Qarabağ və Gəncə xanlıqlarına bölünür və Qarabağ xanlığında hakimiyyət Qacarlardan Cavanşirlərə keçir. (Gəncədə isə yenə də Ziyadoğlu Qacarlar hakim idilər.) Məsələ burasındadır ki, şah Abbasın və Nadir şahın vaxtlarında qızılbaş tayfalarının Qafqazdan kütləvi olaraq, köçürülməsinə qədər bu bəylərbəylik əsas e'tibarı ilə türkmənşəli Qacar tayfaları ilə məskunlaşmışdı. Və burada 1547-ci ildə Sultan titulunu qazanmış Şahverdi Ziyadoğlu Qacardan başlayaraq, həmişə qacarların Ziyadoğlular boyundan olan nümayəndələr hakim olmuşdular. Təbii ki, belə bir vəziyyətdə qacarlar Qarabağda aparıcı mövqeyin itirilməsi ilə barışa bilməzdilər və bundan sonra hələ uzun zaman öz doğma torpaqlarını geri qaytarmağa cəhdlər göstərmişdilər.

Pənah xan öz xanlığının paytaxtını qısa müddətdə salınmış Bayat qalasına köçürür. Bölgədə əsas rol oynamağa can atan Hacı Çələbi Pənah xanın bu fəallığından narahat olaraq, Şirvan xanı ilə ittifaqda hələ möhkəmlənməmiş paytaxtı (Bayat qalasını) mühasirəyə alır. Bir ay davam edən mühasirə heç nə vermir və müttəfiqlər bir qədər də itkiyə uğrayaraq, geri dönürlər. Tarixçi Mirzə Camalın yazdığına görə, Hacı Çələbi geri dönərkən demişdi: "Pənah xan adi bir xan idi. Biz gəlib onunla döyüşə girdik və onu yenə bilmədik. İndi biz onu şah edib gedirik." Sonradan Pənah xan indiki Ağdamın yaxınlığında, Şahbulaq adlanan yerdə özünə yeni bir paytaxt qalası tikdirməyə başlayır və qonşu xanlıqların torpaqları hesabına Qarabağ torpaqlarını genişləndirməyə başlayır. Onun nüfuzu get-gedə artır. Təki, Gəncə, İrəvan, Təbriz və Qaradağ xanları onunla ittifaq bağlamaqdan, dostluq etməkdən ötrü yollar axtarırlar.

Pənah xanın planları böyük idi, lakin bunları həyata keçirmək üçün ailə və xəzinə sarıdan arxayınlıq lazımdır. Bunları nəzərə alan Pənah xan artıq üçüncü paytaxtı üçün tamamilə keçilməz bir yer seçir. Bu qala üçün yerin seçilməsində müxtəlif ölkələrdən gəlmiş mütəxəssislər iştirak edirlər. 1750- ci ildə qayalıqlarla əhatə olunmuş sıx meşədə Pənah xanın şərəfinə Pənahabad adlandırılan, sonradan isə Şuşa deyilən qala şəhərinin əsası qoyulur. Qalanın divarlarını hörmək, şəhəri salmaqdan ötrü Azərbaycanın hər yerindən buraya me'marlar və inşaatçılar gətirilir. Ətraf kəndlərin əhalisi yeni paytaxta köçürülür. Xan sarayı, məscidlər, hamamlar və nəhayət sikkəxana tikilir. Burada Qarabağ xanlığının "Pənahabadi" adlanan sikkəsi kəsilirdi. Bu pullar Azərbaycanın bütün xanlıqlarında və İranda başqa pullarla yanaşı işlək idi.

Bu zaman İranda əfşar, qacar və zənd tayfalarının nümayəndələri arasında hakimiyyət uğrunda gərgin mübarizə gedirdi. Bu mübarizədə Məhəmməd Həsən xan Qacar daha tədbirli çıxır və qələbə Qazanır. O, İranın bir çox ərazilərinə nəzarəti ələ keçirir, özünü az qala şah sayır və öz adından pul da buraxırdı. 1751-ci ildə Məhəmməd Həsən xan Qacar öz ordularını Qarabağ üzərinə yeridir. Düz bir ay ərzində o, çoxsaylı ordusunu Şuşa üzərinə hücuma hazırlayır. Lakin bu zaman İrandan xəbər gəlir ki, Kərim xan Zəndin başçılığı altında ona qarşı üsyan qalxıb. Məhəmməd Həsən xan qoşununu geri çəkib, İrana tələsir. Pənah xan vəziyyəti belə görüb, onu tə'qib etməyə başlayır və Ərdəbil əyalətini tutur.

Qarabağ Məhəmməd Həsən xanın hücumundan özünə gəlməmiş Şuşanın divarları dibində Nadir şahın görkəmli sərkərdələrindən olan, Urmiyə xanı Fətəli xan Əfşarın 30 minlik ordusu peyda olur. Elə ilk döyüşdə sarsıdıcı zərbə alan Fətəli xan tutulmuş əsirlərin qaytarılacağı təqdirdə öz qızını Pənah xanın oğlu İbrahim Xəlilə ərə verməyə razı olduğunu bildirir. Pənah xan onun təklifini qəbul edir və əsirlərlə birlikdə oğlunu da Fətəli xanın düşərkəsinə göndərir. Lakin Fətəli xan şərti pozaraq, İbrahim Xəlili də götürüb, qoşununu uğurla Urmiyə tərəfə çəkir. Oğlunun itirilməsi ilə barışmayan Pənah xan döyüş meydanında Fətəli xanla görüşmək üçün fürsət axtarır. Çox keçmir ki, belə bir fürsət yaranır. Şah taxtı uğrunda müharibədə İsfahan yaxınlığında Fətəli xana məğlub olmuş Kərim xan Zənd ona qarşı ittifaq bağlamaq təklifi ilə Pənah xana müraciət edir. Pənah xan bu ittifaqa gedir və onların birləşmiş orduları Urmiyə yaxınlığında Fətəli xanın qoşunlarını darmadağın edir, onun özünü isə əsir alır. Görkəmli dövlət xadimi və sərkərdə kimi Pənah xanın nüfuzu İranda və Qafqazın hər yerində get-gedə artır. Bu isə Kərim xan Zəndi narahat etməyə bilməzdi. Və o, İbrahim Xəlili Qarabağa göndərərək, Pənah xanı öz yanına Şiraza "qonaq çağırır". Çox keçmədən 1758-ci ildə Pənah xan belə məcburi "qonaqpərvərliy"ə dözməyib, ölür. Onu təntənə ilə Ağdam yaxınlığında dəfn edirlər. Pənah xanın ölməsi haqqında xalq arasında belə bir rəvayət dolaşmaqdadır: guya Kərim xanın "qonaqcanlılığın"dan xilas olmaq istəyən Pənah xan iri dozada bihuşdarı içib yatır. Yanına da bir vəsiyyətnamə yazıb qoyur ki, məni vətəndə basdırarsınız. Xanın bu fikrindən yalnız bir-iki yaxın qohumunun xəbəri olur. Ancaq hadisə yay vaxtı baş verdiyindən Kərim xan cəsəd Qarabağa çatınca iylənməsin deyə həkimlərə tapşırır ki, meyidi yarsınlar. Və bu əməliyyatdan sonra Pənah xan həqiqətən də canını tapşırır.

Artıq adını xatırladığımız Qarabağ tarixçisi Mirzə Camal yazır ki, "Pənah xan Nadir şahın ölümündən sonra 12 illik hakimiyyəti dövründə özünü görkəmli sərkərdə və dövlət xadimi kimi göstərə bilir. "Azərbaycan" vilayətinin böyük bir qismi ona tabe olmuşdu."

Категория: TARİX DANIŞIR | Просмотров: 2148 | Добавил: RovshenK | Рейтинг: 2.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]




Hava haqqında

muellif:Rovshen Kesemenli © 2024