Napaleonu təqib edən rus ordusunun zabitləri
olan zadəganlar Avropada başqa həyat gördülər. Rusiyaya döndükdən sonra isə
Vladimir Leninin sözləri ilə desək Rusiyada ilk inqilab baş verdi.
1613-cü ildən Rusiyanı idarə edən
Romanovlar sülaləsini devirməyə uğursuz cəhd etdilər. Zadəganların başladığı
işi xalqçılar davam etdirdi və nəhayət 1881-ci ildə Narodnayavolnaçı
Qrinevitski tərəfindən atılan bomba çar II Aleksandrın həyatına son qoydu.
Lakin xalqların gözlədiyi kimi Rusiyada xalq inqilabı baş vermədi.
Xalqçıların da aqibəti
dekabristlərinki kimi oldu. Ilkin həbs olunanlar arasında gələcəkdə
proletariatın rəhbəri Leninin böyük qardaşı Aleksandr ulyanov da vardı. Çar
məhkəməsinin qərarı ilə Aleksandr Ulyanov edam edilir. Sonralar rusiyada
monarxiya Leninin rəhbərliyi ilə bolşeviklər tərəfindən devrildikdən sonra
deyirdilər ki, Lenin qardaşının qisasını alıb. Əlbəttə, yarıciddi əhvəlata
bənzəyən bu hadisəni nə tamam qəbul və ya inkar etmək mümkün deyildi. Tanınmış
rus yazıçısı Larisa Vasilyeva yazır ki, Leninin anası milliyətcə yəhudi idi.
Çar taxtının varisi Aleksandrla sevgi məcarası var imiş. Paytaxtdan
uzaqlaşdırılan Mariya ilya Ulyanov adlı bir müəllimə ərə verilir. Dünyaya gələn
uşağı atası kimi Aleksandr adlandırırlar. Maraqlı burasıdır ki, Aleksandrın
həbsindən dərhal sonra Mariya Aleksandrovna çarın qəbulunda olur və hətta
həbsxanada oğlu ilə görüşür. Anasının intiqamını almaq istəyən Aleksandrdan
günahını boynuna alıb, mərhəmət istəyəcəyi halda onun bağışlanacağını bildirir.
Lakin Aleksandr ölümü üstün tutur. Şübhəsiz ki, od yanmasa, tüstü çıxmaz. Ancaq
Aleksandrın ölümü Vladimirin həyatında dönüş edir. Peşəkar inqilabçıya çevrilən
Vladimir Ulyanovun silahdaşı İvan Popov və həm də məşuqəsi İnessa Armand
Brüsseldə mühacirətdə olarkən belə qənaətə gəlirlər ki, Lenini intiqam hissi
çox dərinliklərə aparır. Aleksandrdan fərqli olaraq Vladimir həm də qardaşının
intiqamını almalı idi. Digər tərəfdən o dövrdə baş verən hadisələr monarxiyanı
laxladırdı. Rus-Yapon müharibəsində məğlubiyyət, birinci Rus inqilabı və
nəhayət, dünya xəritəsində köklü dəyişiklik edən I Dünya müharibəsi Rusiya ilə
qohumluq əlaqəsinə malik olan Alman monarxiyasi lazım gələndə bu nəhəng
imperiyanı parçalamaq üçün mühacirətdə olan Rus sosial-demokratlarına maliyyə
yardımı edirdi. 1917-ci ilin fevralında Romanovlar devrilir. Çar və ailəsi həbs
edilir. Rusiyada baş verən hadisələrdən Lenin mühacirətdə xəbər tutur. Inqilab
rəhbərinin Almaniyadan keçib gəlməsi Alman tərəfindən təmin edilir.
Həbs edilmiş Çar və onun ailəsi
Yekaterinburqa gətirilir. Trotskinin Maksimilian Lenin adlandırdığı inqilab
rəhbəri məqsədinə yaxın idi. Böyük Fransa Burjua inqilabı dövründə deyərmişlər
"Kim kralı alqışlasa döyüləcək, kim ona söysə asılacaq”.
Rus çarını Fransa kralının aqibəti
gözləyirdi. Yekaterinburq FK rəhbərlərindən biri və çarın saxlandığı İpatev
evinin komendantı keçmiş fotoqraf Yakov Mixayloviç Yurovski təyin olunur. Rusiyanı
isə Leninin qırmızı terroru bürümüşdü. Rusiyada baş verənləri qəbul etməyən
ziyalılar güllələnirdi.
1918-ci ildə iyulun 16-dan 17-nə
keçən gecə URMYK-nin sədri Leninin silahdaşı Yakov Sverdlov əksinqilabın hücuma
keçməsi ilə əlaqədar çarın güllələnməsi əmrini verir. Keçmiş çar və həyat
yoldaşı, xəstə oğlu və dörd qızı, ailənin dörd xidmətçisi həmin gecə kiçik
yarızirzəmi otağa endirilir. Nə baş verdiyini başa düşməyən Aleksandra
Fyodrovna stul istəyir. Icraçı bolşevik keçmiş fotoqraf Yurovski çar ailəsini
peşəsinə uyğun olaraq əyləşdirir. Yaxın məsafədən bir neçə saniyə davam edən
atəş başlanır. Sonra sağ qalanların nəfəsi daha qəddarlıqla kəsilir. Beləliklə,
bolşeviklər çox illik sürgünün və dar ağacının əvəzini çıxırlar.
Hakimiyyəti ələ keçirən Lenin qarət
edənləri, qarət et prinsiplərini həyata keçirib, ölkəni terror dalğasına qərq
edir. Din qadağan edilir. Ölkənin əhalisinin aşağı təbəqəsi isə daha çox
rəhbərin birinci şagirdinin dövründə ağır mərhumiyyətlərə düçar olur. Məsələn,
1932-ci ilin sonlarından pasportlaşma sisteminə keçilməsinə baxmayaraq bu,
kəndlərə tətbiq olunmadı.
Əslində isə çarizm dövründəki
təhkimçilik hüququ bərpa olundu.
Leninin ölümündən sonra
proletariatın dahi rəhbərinin daşlaşmış obrazı yaradıldı. Ancaq onun nələr
törətdiklərini çoxları unutmamışdır. Leninin bütləşməsində Stalinin xidməti
misilsizdir. Əvvəla N.K. Krupskayanın
iradəsinə zidd olaraq. Lenin dəfn edilmədi. Bolşeviklərin ölməzliyini sübut
etmək üçün onu Misir fironları kimi mumiyaladılar. Digər tərəfdən Leninin ürəyi
Lenin muzeyinə, beyni isə tədqiqat üçün V. İ. Lenin adına instituta verildi. Almaniyadan
dəvət olunmuş professor sübut etməli idi ki, kommunistlərin rəhbərinin beyni
ali insana məxsusdur. Doğrudur, sonralar həmin beyin mərkəzinə Kirov, Kalinin,
Stalinin beyinləri də əlavə olundu.
Lenin və onun yaratdığı dövlət
Azərbaycanın müstəqilliyinə son qoydu. Ərazilərimiz parçalandı. Dövlətçilik
ənənələrimizə ağır zərbə vuruldu, təbii sərvətlərimiz talandı. Ermənilər
gəldikdən sonra isə onlar xilas oldular. V. Qurko-Kreagin yazır:”Yalnız müsavat
hakimiyyətinin süqutu və Bakıda sovetləşmə Qarabağ ermənilərini məhv olmadan
xilas etdi”.
Lakin haqsızlıqla yaradılan bu
dövlət ömrünü şərəfsizliklə başa vurdu.
Dilavər
Qurbanov
Ağstafa
şəhər texniki-humanitar
təmayüllü
liseyin tarix müəllimi
|