Cümə axşamı, 23.11.2017, 09:18:28


SİZİ SALAMLAYİRAM Гость | RSS


DAXİL OLMA FORMASI
SAYTIN MENYUSU


free counters



Главная » 2009 » Dekabr » 9 » KOMPYUTERİN SÜRƏTİNİ ARTIRMAĞIN 8 YOLU
17:04:35
KOMPYUTERİN SÜRƏTİNİ ARTIRMAĞIN 8 YOLU
null
Başlanğıc


(Startup) proqramlarınının gərəksiz olanlarını ləğv edin
Yaddaşa düşən ağır yükü azaltmanın ilk yolu, Windows-da çalışan proqramları nəzarət etməkdən keçir. Startup proqramları - yəni ki, kompyuterinizdə windows açılan zaman işə düşən proqramlardır, bunların bəzilərinin aktiv olması zəruridir. Məsələn Windows açılan zaman səs drayverləri yüklənir, sistem fayllar yüklənilir. Lakin, elə proqramlar da var ki, windows açılan zaman gərəksiz yerə məsələn msn proqramı, agent, winamp və digər proqramlar işə düşür, bunların hamısının birdən işə düşməsi də kompyuterinizin gec açılmasına səbəb olur. Yeri gəldikdə msn, agent və başqa proqramları kompyuter tam açıldıqdan sonra lazım olan anda da işlətmək olar, niyə hamısını başlanğıc proqram kimi seçib, kompyuterin gec açılmasına səbəb olaq?
İndi elə edək ki, Windows açılan zaman gərəksiz bir çox proqram birdən aktiv olmasın. Bunun üçün Starta (pusk)-a daxil olun, ordan da Run (vipolnit) bölməsinə daxil olun, açılan pəncərəyə msconfig yazın və qarşınıza gələn yeni pəncərədən Startup bölməsinə daxil olun. Burada qarşınıza gələn siyahıda işarəli olan və istifadə etmədiyiniz proqramların işarəsini qaldıra bilərsiniz. Məsələn kompyuter açılan kimi msn-in açılmamasını istəyirsinizsə, msmgrs-nın qarşısından quşu ləğv edin, orda kateqoriyalar da hansı qısa sözün hansı proqrama aid olmağını bilməyinizdə köməyi olacaq. Qeyd: Tam olaraq bilmədiyiniz proqramların işarəsini ləğv etməyin; əks təqdirdə Windowsunuz bundan zərər görə bilər.

İstənməyən xidmətləri passiv vəziyyətə gətirin
Windowsu sürətləndirmənin bir başqa əhəmiyyətli yolu da lazım olmayan Windows xidmətlərini passiv mövqeyə gətirməkdir; ancaq Windows xidmətlərini bağlamaq hər vaxt o qədər də bir sürət artımı təmin etməz. Windows Defenderi çıxmaq şərtilə, çünki Windows Defender, 20MB-lıq yaddaş tutumuyla ele de zəif tutum sayılmır. Əgər sisteminizdə hal hazırda olan bir təhlükəsizlik proqramı varsa, Windows Defenderi bağlaya bilərsiniz. Bunun üçün Windows Defenderi açın və Vasitələr (Tools) Variantlara girərək 'Windows Defenderi istifadə edin seçililiyini ləğv edin. Digər xidmətləri passiv mövqeyə gətirmək üçün Start menyusundan runa girərək boş sahəyə services.msc yazın və ok edin. Burada Windowsun digər bütün xidmətlərinə çata bilər və onları ləğv edə bilərsiniz.

Təchizat ehtiyaclarını azaldın
Kompyuteriniz 40 GB-lıq bir yaddaşa sahibdirsə, böyük ehtimalla bu tutumun ən çox 35 ya da 36GBini rahat istifadə edə bilərsiniz. Bunun səbəbi isə BIOS-un qalan yaddaşı video və Ethernet kartı kimi təchizatlara ayırmış olmasıdır. Bu mövzuda daha ətraflı bir məlumat əldə edə bilmək üçün Yoxlama Masasından Sistemə girə biləcəyiniz kimi Starta (Pusk), oradan da Run (Vipolnit) bölməsinə daxil olub, açılan pəncərəuə 'devmgmt.msc' də yazaraq Cihaz drayverlərini görə bilərsiniz. 512MB yaddaşlı bir ekran kartına sahibsinizsə, sistem yaddaşınızın 512MBinin ekran kartına ayrıldığını da düşünə bilərsiniz. Bu problemdən tamamilə xilas olmaq yaddaş üzərindəki təsiri qismən azaldıla bilər. Məsələn oyunlarla aranız yaxşı deyilsə, 512MB yaddaşlı ekran kartı yerinə 128MBlik ekran kartı da işinizi görə bilər.

Gərəksiz xüsusiyyətləri bağlayın
Windowsda olan ancaq işinizə yaramayan tətbiqləri (proqram) gərəksiz yerə aktiv mövqeyə gətirməyin. Əks təqdirdə Windowsunuz hər vaxt yavaş işləyəcəkdir. Məsələn Windows Vistanın sürətini artırmaq üçün, Aero interfeysinə də ehtiyac yoxdursa, bu funkisyanı bağlaya bilərsiniz. Bununla yanaşı Windowsun klasshik görünüşünə (temaya) keçdiyinizdə 40MBə qədər boş yaddaş sahəsi qazanırsınız


Windows Səyyahını təsirli bir şəkildə işlədin
Windows Explorer, istənildiyində hər bir səyyah pəncərəsində ayrı bir əməliyyat görə bilər və beləliklə Windows Səyyahı pəncərələrindən birinin səhv verməsi səbəbiylə digər bütün pəncərələrin bağlanmasına gərək qalmaz. Ancaq qulağa xoş gələn bu xüsusiyyəti istifadə etdiyimizdə, hər bir pəncərə yaddaşın ən az 10MBini özünə ayırır. Bu funksiyasnı ləğv etmək üçün Tools>Folder options ordan da view-e daxil olub 'Qovluq pəncərələrini ayrı bir əməliyyat başlat-ı seçin.


Tətbiqləri (proqramları) minimize edin (panelə yığın)
Əgər bir proqram işlədirsinizsə, bu proqram yük olaraq RAM-dan xeyli istifadə etdiyini də bilərsiniz. Ancaq istənsə, bir tətbiqin RAMı daha az tükətməsi təmin edilə bilər. Ona görə də bir çox proqram aktiv olduqda onların bəzilərini minimize etməklə Rama daha az yük düşür və beləliklə kompyuter də sürətlə işləyir.

Şübhəli proqramlardan istifadə etməyin
Yaddaşla əlaqədar proqramlarla boş yerə vaxt aparmayın; çünki bu cür proqramlar çox bir işə yaramadığı kimi, sisteminizdə ciddi səhvlərə də səbəb ola bilir. Məsələn
RAMınızı optimizə etmək üçün hazırlanan bəzi vasitələrin bir çoxu nəinki RAM tükətimini azaldır, əksinə RAMınızın üzərində əlavə bir yük belə olmaqdadır. Bu səbəblə bu kimi vasitələrdən qətiliklə uzaq dayanın.

Kompyuterinizi yaxından izləyin
Kompyuterinizi təmizlədiniz və yenidən başlatdınız və Kompyuterinizin RAMınızı necə istifadə etdiyini maraqlanırsınız. Bunun üçün CTRL+SHIFT+ESC ya da CTRL+ALT+DEL düymə kombinasiyasını istifadə etmək surətiylə Windows Vəzifə İdarəçisinə girin. Açılan pəncərədən Əməliyyatlar (Processes) bölməsinə girin. Burada o an çalışmaqda olan bütün Windows tətbiqlərinin (proqramlarının) bir siyahısını görəcəksiniz. Burada hansı proqramın nə qədər RAM tükətdiyini asanca görə bilərsiniz.
Категория: MARAQLIDIR | Просмотров: 780 | Добавил: RovshenK | Рейтинг: 0.0/0
Всего комментариев: 3
3 ALI TURKISH-AZERBAYCAN   (05.01.2010 22:38:23)
SIDAN XAIS EDIM RUS DILINDA YAZASIZ CUNKI CUNKI AKSAR KOMPITERLAR RUSCA YIGILIR

2 Novruzov Ferid 9a   (19.12.2009 10:46:39)
Maraqlidi her kese lazim olacaq.Rosen mellime salamlar

1 xatai   (18.12.2009 20:18:36)
cox yaxsi

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]




Hava haqqında

muellif:Rovshen Kesemenli © 2017