Cümə axşamı, 21.09.2017, 08:58:21


SİZİ SALAMLAYİRAM Гость | RSS


DAXİL OLMA FORMASI
SAYTIN MENYUSU


free counters



Главная » 2010 » Fevral » 23 » ƏHALİNİ QIRAN ƏRZAQ MƏHSULLARININ SİYAHISI
14:19:46
ƏHALİNİ QIRAN ƏRZAQ MƏHSULLARININ SİYAHISI
 

Azərbaycanda camaat əqrəb geni vurulmuş kartof, kambala geni vurulmuş pomidor, insan geni vurulmuş düyü yeyir GMO ilə qidalandırılmış siçovullar bir müddət sonra bir-birini yeməyə başlayıb Son günlər Azərbaycanda geni modifikasiya olunmuş (dəyişdirilmiş) orqanizmlərlə (qısaca GMO) bağlı polemikalar artıb. Sadə vətəndaş üçün nə qədər anlaşılmaz olsa da bizi gözləyən təhlükənin nə qədər böyük olduğu faktdır. Əgər dükan-bazardan alıb yediyimiz məhsulların tərkibinin nədən ibarət olduğunu bilmiriksə, deməli, doğrudan da laboratoriyalarda üzərində eksperiment aparılan sınaq siçovulları rolundayıq. Geni modifikasiya olunmuş orqanizm - GMO nədir? GMO müasir biotexnologiya üsulu ilə müxtəlif mənşəli canlı orqanizmlərin geninin kombinasiyası vasitəsilə əldə edilmiş istənilən canlı orqanizmdir. Bu zaman heyvan geninin bitkiyə və əksinə, bitki geninin bitkiyə, heyvan geninin heyvana köçürülməsi baş verir. GMO-nun yaradılması üzərində ilk eksperimentlər XX əsrin 70-ci illərində başlayıb. 1992-ci ildə Cində pestisidlərə dözümlü tütün becərilməyə başlanıb. 1994-cü ildə isə ABŞ-da daşınmalara dözümlü olan GMO pomidorlar peyda olub. O vaxtdan GMO bütün dünyada daha sürətlə irəliləməyə başlayıb. Artıq 15 ildən çoxdur ki, milyonlarla istehlakçı istər heyvan və quş, istərsə də bitki mənşəli GMO-dan isifadə edir. GMO istehsalının zərərli təsiri ilə bağlı ilk elmi nəticə isə ingilis alim Arpad Puştaiyə məxsusdur. Onun sınaq siçovullarına bir müddət GMO məhsul yedizdirməsi nəticəsində bu heyvanların qanında leykositlərin miqdarı aşağı düşüb, mədə və qaraciyərin ölçüləri kiçilərək funksiyaları zəifləyib, ümumi çəkisi və beynin çəkisi azalıb, balalarının ölüm faizi artıb, həm analarda, həm də balalarda aqressivlik yüksəlib, hətta onlar bir-birini yeməyə başlayıb. Siçovullar öz morfologiya və biokimyalarına görə insana çox oxşar olduğundan laboratoriya sınaqları zamanı məhz bu heyvanlardan istifadə olunur. A.Puştainin bəyanatının doğurduğu etiraz üzündən o, çalışdığı Rouet Elmi-Tədqiqat İnstitutundan kənarlaşdırılıb. Lakin maraqlıdır ki, Puştainin həmkarı Stenli Yuen onun eksperimentlərinin nəticələrini yoxlayıb və düzgünlüyünü təsdiq edib. Braziliya Elm və Texnika Nazirliyinin komissiyası isə Şimali Amerika şirkəti "Monsanto”ya ölkənin cənubunda becərdikləri soya və qarğıdalını məhv etməyi tövsiyə edib. Komissiyanın gəldiyi nəticəyə görə, transgen mənşəli qida məhsullarının insana mənfi təsir göstərməyəcəyinə və qarşısıalınmaz mutasiyalara gətirməyəcəyinə tam əminlik yoxdur. Artıq bu problemlə bağlı Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Ərzaq Təşkilatı və beynəlxalq ekoloji təşkilatlar tərəfindən həyəcan təbili çalınır. Yaponiya, Avstraliya, Yeni Zelandiya, Çin və bir çox inkişaf etməkdə olan dövlətlər insan orqanizmində qarşısıalınmaz dəyişiklərə gətirməsi səbəbindən GMO idxalını ümumiyyətlə qadağan edib. *** GMO sahəsində uzun illərdir araşdırma aparan müstəqil ekspert Babək Tatlıyev APA-ya deyib ki, dünyada GMO məhsullarının sürətli istehsalı 1992-ci ildən başlayıb. Hazırda bu sahədə aktivlik göstərən 15-dək şirkət var. Bu məhsullar daha çox Şimali Amerikada istehsal olunur. B.Tatlıyev deyib ki, Azərbaycanda GMO sahəsində lazımi araşdırmalar aparılmayıb. Qərb kompaniyalarının transgen məhsullarla bağlı ekspansiyası qısa müddətdə başladığından tək Azərbaycan deyil, dünyanın bir çox ölkəsi buna müqavimət göstərməyə hazır deyil: "Lakin hamı bu təhlükələrin mahiyyətindən xəbərdar olmalıdır. İndiyədək qabaqlayıcı tədbirlər ona görə görülməmişdi ki, informasiya qıtlığı var idi. Azərbaycanın özündə GMO-nun nə olduğunu bilən tək-tək adam var. Bu sahədə əsas məsuliyyət alimlərin və mətbuatın üzərinə düşür. 2005-ci ildə 84 ölkədən 825 alim Avropa Birliyinin Ərzaq Təhlükəsizliyi Agentliyinə GMO-nun təhlükəliliyi ilə bağlı məktub göndərib. Azərbaycanda isə hələ indiyədək alimlər həyəcan təbili çalmayıb”. B.Tatlıyevin sözlərinə görə, hazırda əhalinin ən çox istifadə etdiyi transgen məhsullar ət məhsulları, kolbasa və sosiska, dondurma, makaron məmulatları, meyvə-tərəvəz, bəzi uşaq qidalarıdır: "Bu məhsullar Azərbaycana daha çox İran, Rusiya və Gürcüstandan gəlir. ABŞ, Kanada və Argentinadan idxal olunan qida və yemlərin də çoxu transgendir. Kartofa soyuğa və xəstəliyə davamlı olması üçün əqrəb və ya qargülü geni vururlar. Artıq bütün dünyada kartofa onlarla yad genin köçürülməsi təcrübəsi var. Bəzi növ pomidor və çiyələklərə isə şaxtaya davamlı olması üçün kambala balığının geni vurulur. Düyünü daha qidalı etmək üçün ona ana südünün daşıyıcısı olan insan geni vururlar. Dovşanlara qaçanda işıq saçsınlar deyə meduza geni əlavə edirlər. Donuza insan geninin vurulması hazırda bəzi Qərb ölkələrində din xadimlərində etiraz doğurub. Hazırda bununla bağlı Qərbdə ciddi polemikalar gedir. Bunlar onu göstərir ki, gen mühəndisliyi nə qədər ”rəngarəngdir". Ekspert çıxış yolunu bu məhsulların Azərbaycan bazarına daxil olmasını qanunvericilik baxımından maksimum qaydada məhdudlaşdırmaqda görür: "Transgen məhsulların zərərli təsirləri tam araşdırılmayınca bu məhsulların Azərbaycana gətirilməsi məhdudlaşdırılmalıdır. Avropada bu məhsulların miqdarı 0,9 faizdən yuxarı olmamalıdır. Rusiyada bu miqdar 1-1,1 faiz təşkil edir. Azərbaycanda isə qanunvericilikdə təsbit olunmuş məhdudiyyət yoxdur. Xaricdə transgen məhsullar ayrı satılır. Onların markasında miqdarı da, tərkibi də göstərilir. Bizdə belə şey yoxdur. Biz mağazadan aldığımız məhsulun tərkibində nə olduğunu bilmirik. Hazırda Rusiyanın 20-yə yaxın şirkəti 200 adda transgen məhsul istehsal edir. Bu məhsulların əksəriyyəti Azərbaycanda var. Son vaxtlar infeksion xəstəliklər insanlarda uzunmüddətli keçir. Viruslar daha aqressiv olur. Əvvəllər uzağı bir həftə davam edən viruslar indi iki ay və daha çox davam edir. Fəsadları da çox olur. Əsas səbəb bizim immun sisteminin zəifləməsidir. İmmun sisteminin zəifləməsində əsas faktor isə qidadır. Nə yediyimizi biliriksə, özümüzü dərk edirik. Transgen məhsullar istehsal edən şirkətlərin ətrafında alimlərdən, mətbuatdan ibarət nəhəng ordu var. Onlar sübut eləməyə çalışır ki, bu məhsulların ziyanı yoxdur. Dünyada qəbul edilmiş qayda var. İstehsalçı istehsal etdiyi məhsulu əvvəlcə sınaqdan keçirməli, zərərli təsirlərini araşdırmalı, ondan sonra satmalıdır. İngiltərə və Rusiya laboratoriyalarında sübut edilib ki, bu məhsullar həddən artıq təhlükəlidir. Amma bu sübutların üstünü həmin ölkələrdə ört-basdır eləməyə çalışırlar. İngiltərədə bu tədqiqatları aparan şəxsi işdən çıxarılar. Yaxud bu tədqiqatların aparıldığı Sloveniyada mutant heyvanları yandırıb məhv edirdilər ki, ictimaiyyət görməsin. Transgen məhsullarla bağlı aparılan tədqiqatların nəticələri heç də şəffaf deyil. Belə çıxır ki, biz öz sağlamlığımızın hesabına kimlərisə varlandırırıq. Amma bu faktdır ki, gen mühəndisliyinin geniş inkişaf etdiyi Amerikada əhalinin 70 faizi allergiyadan zərər çəkir. GMO-nun qadağan edildiyi İsveçdə isə belə şəxslər cəmi 7 faiz təşkil edir”. *** Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2009-cu ildə Azərbaycana 11911,5 ton quş əti, 10560,7 ton kərə yağı, digər süd yağları və pastaları (bunun 6189,8 tonu kərə yağı), 29434,5 ton kartof, 36514,4 ton tərəvəz, 56829,5 ton meyvə, 931,2 ton buğda, 22055,1 ton düyü, 80575,5 ton bitkidən hasil olan piy və yağlar, 18232,9 ton şokolad məmulatı, 14069,5 ton meyvə-tərəvəz konservi, 14938,2 ton meyvə-tərəvəz şirələri idxal olunub. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev deyib ki, Azərbaycanda "GMO məhsullar haqqında” qanun olmadığından bu məhsullardan istifadəni də tənzimləmək mümkün deyil: "Buna görə də biz hansısa sahibkardan soruşa bilmərik ki, sənin gətirdiyin mal geni dəyişdirilmiş maldır, ya yox. Bu məsələdə hər hansı qadağa, ya tənzimləyici norma olmadığına görə hər hansı tələb də irəli sürmək mümkün deyil. İstəyirik ki, Azərbaycanda bu sahədə tezliklə qanun qəbul olunsun, GMO-nu araşdıran elmi laboratoriyalar açılsın”. Nə əhalini qoruyacaq qanun var, nə də laboratoriya... Azad İstehlakçılar Birliyinin (AIB) sədri Eyyub Hüseynin sözlərinə görə, AİB Avropa Komissiyasının Azərbaycandan başqa 7 ölkədə maliyyələşdirdiyi "Biomüxtəlifliyinin qorunmasında istehlakçı təşəbbüsü” layihəsini yekunlaşdırıb: "Azərbaycan bir neçə beynəlxalq sənədə, o cümlədən 2005-ci ildə Biotəhlükəsizlik haqqında Kartaxen protokoluna qoşulub. Yəni Azərbaycan GMO orqanizmlərin ətraf mühitə nəzarətsiz buraxılmasının qarşısının alınması üçün üzərinə öhdəlik götürüb. Lakin təəssüf ki, Azərbaycanda GMO məhsullar nəzarətdən çıxıb. Azərbaycanda GMO əkinçilik, GMO toxumçuluq var. Xaricdən gətirilmiş kartofların 80, İrandan gətirilən pomidorun 70, ümumilikdə ölkəyə gətirilən pomidorların 90, soyaların 98, qarğıdalının 70, çuğundurun 60 faizi, qarpızın isə demək olar hamısı GMO məhsuludur. Əkilir, biçilir və ətraf mühitə nəzarətsiz yayılır. GMO bitkiləri ətraf mühitə nəzarətsiz yayılanda təbiətin biomüxtəlifliyini pozur, digər yerli aborigen bitkiləri sıradan çıxarır. GMO barədə alimlərin fikri birmənalı deyil. GMO-nu dünyada irəlilədən Amerikanın ”Monsanto" şirkətidir. Hansı ki, keçmiş Amerika prezidentləri onun şərikləridir. O şirkət bütün dünyaya GMO yayır. Ümumdünya Ticarət Təşkilatı isə Amerikanın əlində alət olaraq GMO-nun bütün dünyada yayılmasına xidmət edir. 2007-ci il iyulun 13-də ölkəmizdə qəbul olunmuş "Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanunda Azərbaycanda GMO-nun yayılmasına yaşıl işıq yandırılıb. Qanun qəbul ediləndə radikal çıxış etdik ki, Azərbaycana GMO məhsullarının gətirilməsinə qadağa qoyulsun. Amma ÜTT kimi böyük qurumun qarşısında Azərbaycan acizdir. Buna görə də GMO Azərbaycanda irəliləyir. Onu yığışdırmaq isə artıq mümkün deyil. Azərbaycan artıq GMO-nun əsiridir". AİB sədri "Elə isə istehlakçılar nə yesin” sualına "Ancaq yerli məhsullar” cavabını verib. Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik İnstitutunun baş elmi işçisi Elxan Əliyev deyir ki, hazırda Azərbaycanın bazarları müxtəlif yollarla gətirilən GMO məhsulları və onların çeşidləri ilə doludur: "Bu problemi əhali arasında tam açıqlığı ilə qabartmasaq, problem daha da böyüyəcək. Hazırda Azərbaycanda GMO məhsullarını aşkar edən laboratoriya, hətta GMO-nu təsdiq edən kiçik metodlar da yoxdur. Bu təklif dəfələrlə yüksək dairələrdə qaldırılıb. Əhali nə yediyini bilməlidir. Hazırda Ukraynada 5, Almaniyada isə yüzlərlə belə laboratoriya var. Uzun illərdən sonra Rusiya da bu laboratoriyanı əldə edib. Azərbaycan isə hazırda ”açıq qapı"dır. Bu, çox bahalı laboratoriya da deyil. 70-80 min manat Azərbaycan üçün nə puldur ki? Əhali arasında müxtəlif allergik reaksiyalar, mədə-bağırsaq xəstəlikləri, cürbəcür patologiyalar yaranır. Həkimlər də xəstəliyin mənşəyini tapmaqda çətinlik çəkir. Problem son dərəcə ciddidir. Mütəxəssislərin fikrincə, hazırda dünyada üç qlobal problem var: ozon dəliyi, atom bombası və GMO. Artıq hamı qəbul etməlidir ki, yediyimiz qidaların hamısının tərkibi pisliyə doğru dəyişib". Milli Məclisin Aqrar siyasət daimi komitəsinin sədri Eldar İbrahimov deyir ki, hələlik Azərbaycanda GMO-nu tənzimləyən qanun yoxdur. Lakin müxtəlif qanunlardakı maddələr bu məsələni qismən tənzimləyir. "Ekoloji təmiz kənd təsərrüfatı” haqqında qanunun 6.5-ci maddəsində göstərilir ki, ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalında GMO-dan istifadə edilməsin: "Qanunun 19.9-cu maddəsində göstərilir ki, alıcıların seçim hüququnu təmin etmək məqsədilə satışa çıxarılan ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının etiketi üzərində o məhsulların istehsalında GMO və onların törəmələrindən istifadə haqda məlumatlar göstərilməlidir. Qanunun 18.4-cü maddəsində isə deyilir ki, Azərbaycana idxal edilən ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının etiketi üzərində onların istehsal prosesində GMO-dan və onların törəmələrindən istifadə haqda məlumatlar əksini tapmalıdır. ”Toxumçuluq haqqında" qanunda da göstərilir ki, Azərbaycana GMO toxumların gətirilməsinə yol verilmir. Rusiyada GMO ilə bağlı ayrıca qanun var. Hətta Moskva meri Yuri Lujkovun qərarı var ki, bütün məhsulların üzərində GMO-nun olub-olmaması yazılsın. Təəssüf ki, bizdə bu yoxdur. GMO-nun olub-olmamasını yoxlamaq üçün Azərbaycanda laboratoriya və mütəxəssis olmalıdır. Lakin bu da yoxdur. Bazara bu məhsullar açıq şəkildə daxil olur. Rusiyadan, digər ölkələrdən gələn məhsulların üzərində bu yazılar qeyd olunmur"
Категория: ELM VƏ HƏYAT | Просмотров: 424 | Добавил: RovshenK | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]




Hava haqqında

muellif:Rovshen Kesemenli © 2017