Şənbə, 27.04.2024, 02:19:02


SİZİ SALAMLAYİRAM Гость | RSS


DAXİL OLMA FORMASI
SAYTIN MENYUSU


BÖLÜMÜN KATEQORİYALARI
free counters



Главная » 2010 » Noyabr » 21 » Dünyanı silkələyən GLADİO
11:15:37
Dünyanı silkələyən GLADİO
Yəqin bəzilərimiz Qladio haqqında eşitmişik. Xüsusən də Roma Papasına sui-qəsddə bu təşkilatın adı daha çox hallandı. Amma indiyə kimi bu haqda doğru-dürüst bir yerdə məlumat yoxdur. Bu da yəqin ki, təşkilatın fəaliyyətinin professionallığından xəbər verir. Bütün bunları nəzərə alıb qısaca sizlərə "Məxfilər” silsiləsinin növbəti yazılarından olan Qladio haqqında müxtəlif mənbələrdən əldə edə bildiyim məlumatları paylaşmaq qərarına gəldim.

Belə ki, Qladio (italyancadan tərcümədə "Roma qılıncı”) - II Dünya Müharibəsi sonrasında Qərbi Avropada gələcəkdə olması gözlənilən bir Varşava Paktı idi. Həmçinin arxa cəbhədə bir müqavimət başlatmaq məqsədilə İtaliyada NATO tərəfindən gizli olaraq təşkilatlanan Kontr-gerilla (stay-behind) əməliyyatının kod adı idi GLADİO.

Qladio, xüsusi olaraq NATO arxa cəbhə müqavimət təşkilatının İtalyan qolunu ifadə etsə də bəzən "Qladio əməliyyatı" NATO-nun bütün arxa cəbhə (stay-behind) əməliyyatlarının qeyri-rəsmi adı olaraq istifadə edilər və bəzən "Super NATO" adıyla da xatırlanardı.

Yaranması

Latıncada qılınc mənasını verən Qladio sözcüyünü ad olaraq istifadə edən təşkilat, Amerikan və İngilis əks-partizan təşkilatlanması olan Stay Behind tərəfindən 1952-ci ildə quruldu. CIA tərəfindən idarə olunan və maliyyələşdirilən təşkilat, 1956-cı ildə ABŞ ilə əməkdaşlıq sayəsində, casusluq və partizan döyüşü etmək üzrə təşkilatlandı. Bəlli bir yerdə təşkilatın ilk düşərgəsi quruldu və Şimali İtaliyada 139 yerdə silah və sursat anbarları yaradıldı. Rəsmi adı "Müttəfiq Koordinasiya Komitəsi” (Allied Coordination Committee) idi.

"Fəaliyyət”

1956-ci ildən sonra ikisi qadın olmaqla 622 nəfər ABŞ və İngilis gizli xidmətləri tərəfindən hazırlandı. 1990-cı ildə Qladionu ortaya çıxaran istintaqlar əsnasında bu 622 nəfərin qrup liderləri olduqları, hər bir qrup liderinin müəyyən sayda adamı idarə etdiyi, beləcə cəmi təşkilat məmsublarının 15000-ə yaxınlaşdığı ortaya çıxdı.

İstintaq nəticəsində məşhur mühakiməçi Felice Casson gizli xidmət arxivində etdiyi araşdırmalarda 1972-ci ildəki bir bombalamanın qətiliklə bu gizli qurum dəstəkli bəzi təşkilatlar tərəfindən edildiyi qənaətinə gəldi. Belə ki, hakim baş nazir Andreottinin məlumatına müraciət edir və bu hadisə 1972-ci ildə təsbit edildiyi üçün baş nazir təşkilatın varlığını qəbul edir, ancaq 1972-ci ildə bağlandığını söyləyir. Araşdırmalar isə tamam başqa nəticə ortaya çıxarır. Belə ki, Qladionun fəaliyyətini hələ də davam etdirdiyi məlum olur. O zamankı ən səs-küylü hadisə isə 1980-ci ilin Avqust ayında Boloniya qatar stansiyasında partlayan bomba ilə 85 nəfərin ölümü olur.

İtaliyada 1969-80-ci illər arasında 4298 terror hadisəsi meydana gəlmişdir. Aparılan istintaq nəticəsində baş verənlərin əksəriyyətinin Qladionun adı ilə bağlı olduğu ortaya çıxır. Məlumatlara görə təşkilat öz fəliyyətlərinin bəzilərində seçilmiş şəxslərdən istifadə etməklə, bəzilərini silah və partlayıcı maddələr istifadə etməklə və təhrik etmək kimi üsullardan istifadə etməklə həyata keçirmişdir. Hətta Avropa Parlamenti bütün bu başverənlərdən sonra belə bir bəyənat yaymaq məcburiyyətində qalır: "Avropa Birliyinə üzv bir çox ölkədə gizli, paralel kəşfiyyat və silahlı əməliyyat təşkilatlarının 40 ildir var olduğu Avropa dövlətləri tərəfindən ortaya çıxarılmışdır. Qırx ildir bu tip təşkilatların demokratik idarəçilikdən uzaq və NATO ilə əməkdaşlıq halında ABŞ kəşfiyyat xidmətləri tərəfindən idarə olunduğu aydın olmuşdur".

Qladio dünyada

Onu da qeyd edək ki, bu təşkilatın dünyanın bir çox ölkələrində müxtəlif adlarla fəaliyyət göstərən qurumları da mövcud olmuşdur. Təşkilatın İtaliyadakı adı Qladio (Qılınc) idi. Yunanıstanda "B-8” ya da "SheepSkin” (Qoyun Postu), Belçikada "SDRA-8”, Hollandiyada "NATO Command”, Qərbi Almaniyada "Gehlen Hərəkatı”, "Stay Behind” ya da "Sword”, Avstriyada "Schwert”, Fransada "Külək Gülü”, İspaniyada "Anti-Terror Xilas Qrupu (GAL)”, İngiltərədə isə "Secret British Network” olaraq fəaliyyət göstərməsi bir çox ölkələrin səlahiyyətli orqanları tərəfindən öz təsdiqini tapmışdır. Təşkilat Türkiyədə isə "Əks-Partizan” olaraq bilinir.

Qısaca Qladio haqqında bu qədər, amma məni ən çox düşündürən tamam başqa məsələdir. Bəlkə də gülməli gələr, amma son dəyişikliklər, dünyada baş verən olaylar mənə bu qənaətə gəlməyə əsas verdi. Belə ki, mən dünyada TERRORa çox fərqli yanaşmaların olması qənaətindəyəm. Axı TERROR nədir? Açıb siyasi lüğəti vərəqlədikcə bu haqda ağız dolusu bir tərif oxuyuram. Və çönüb televiziyadan, müxtəlif məlumat mənbələrindən əldə etdiyim məlumatları təhlil edincə əslində bir qrupun, bir şəxsin və ya dövlətin hansısa bir hərəkəti tarixin müxtəlif dövründə azadlıq mübarizəsi, zülmə qarşı mübarizə və s. bəzəkli adlarla bəzədilir və bir də görürsən ki, elə bir zaman yetişir ki, eyni qəbildən olan hansısa bir hadisəyə tamam başqa yöndən yanaşılır və bunun adına sadəcə TERROR deyilir. Insan olan kəs də çaşıb qalır. Necə ki, 70 ildə bir cür tarix, sonra da başqa cür tarixlə tanış olan bizlər kimi. Demək buradan belə nəticə hasil olur ki, bu dünyada hər şey nəyin necə təqdim olunmasından asılıdır. Və ya bunu təqdim edənin bacarığından. Demək ki, o bacarıq hansısa şəxsdə, qrupda və ya dövlətdə olmazsa haqlı olsan belə dünya arenasında haqsız görünəcəksən və etdiyinin də adı TERROR olacaq. Çox maraqlıdır həqiqətən. Demokratiyanı əzən bir tərəfə, onun üzərindən dəfələrlə o üz bu üzə keçən bəzi dövlətlər indi məhz bu cür siyasət yeritməkdədir. Burada da onların köməyinə hər cür vasitələrə beyinlərə yeridilən PR gəlir. Mənfur qonşumuz Ermənistan hamının gözü qarşısında baş verən qırğını törədir, amma 1915-ci ildə heç bir sübutu, faktı olmaya-olmaya özlərinin türklər tərəfindən "soyqırıma” məruz qaldıqlarını belə "uğurla” dünyaya yayıb bu tip ölkələri də inandıra bilibsə, demək ki, gəldiyim bu qənaətdə haqlıyam. Son abzas mövzuya haşiyə kimi alınsa da bunu demək məcburiyyətində hiss etdim özümü. Yaxında "ədalət” sözünün siyasi izahına da yenidən baxmaq lazımdır məncə ki, nədir bu ədalət. Amma izn verin hələ çox əsr bundan əvvəl bir dahinin belə bir tərifini xatırladım: "Ədalət bərabərlikdir, amma hamı üçün yox, yalnız bərabərlər üçün bərabərlikdir.” Söz qarşısında çox şey acizdir, hələ bu düz söz olanda…
Категория: MARAQLIDIR | Просмотров: 1243 | Добавил: RovshenK | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]




Hava haqqında

muellif:Rovshen Kesemenli © 2024