Cümə, 29.03.2024, 10:24:48


SİZİ SALAMLAYİRAM Гость | RSS


DAXİL OLMA FORMASI
SAYTIN MENYUSU


BÖLÜMÜN KATEQORİYALARI
free counters



Главная » 2009 » Dekabr » 14 » BƏDII IFADƏ VƏ TƏSVIR VASITƏLƏRI.
15:20:25
BƏDII IFADƏ VƏ TƏSVIR VASITƏLƏRI.

          Ədəbiyyat xalq dilinin zənginliyindən, təkmənalı və çoxmənalı leksik vahidlərdən istifadə olunan ən böyük sənət abidəsidir. Varlığın gözəlliyi, insanın xarakteri, hiss və duyğuları dilin zənginliyi ilə açılır. Həm obrazların, həm də sənətkarın dilində məcazların bol-bol işlənməsi bədiiliyin tələblərindəndir. Zəngin məna çalarlarına malik olan məcaz geniş anlayışdır. Onun metafora, epitet, metanimiya, təşbeh, mübaliğə, litota, kinayə və s. növləri fikri obrazlı açmaq vasitəsi olub, nitqin incəliyini, zərifliyini və möhtəşəmliyini artırır. Azərbaycan ədəbiyyatında öz sözlərini demiş söz sərkərdələrinin müxtəlif əsərlərindən topladığım misralar, beytlər, bəndlər həm estetik zövq verəcək, həm bədii ifadə və təsvir vasitələrini daha yaxşı qavramağa, onların yaratdığı rəngarənglik, oynaqlıq və emosionallığı duymağa yardımçı olacaq: 

         

          O getdi şir kimi toz qalxdı yerdən,

          Baxdı arxasınca qızın gözləri.

                             (S. Vurğun) təşbeh, bənzətmə,

 

          Qar tutanda zirvələri

Dərə, təpə, düz üşüyər.

Soyuyanda ocaq yeri

Kül bozarır, köz üşüyər.

          (H. Arif) metafora-köçürmə,

 

 

Bu dünyanın min sifəti, rəngi var,

Qismətimiz ağından çox, qarası!

          (B. Vahabzadə) bədii təzad,

 

Sözün də su kimi lətafəti var,

Hər sözü az demək daha xoş olar.

          (N. Gəncəvi) təşbeh-bənzətmə,

 

Mən vətəni canım kimi sevirəm,

Ruhum, ətim, qanım kimi sevirəm.

          ( A. Səhhət) təşbeh-bənzətmə,

 

Soyuq düşdü araya,

Güllərin vaxtı getdi.

Göy çəmən tər laləni

Döşünə taxdı getdi.

          (H. Arif) metafora-köçürmə.

 

Məhəbbət hökm etsə qətrə çay olar

Eşqin otağında dünya yurd salar.

          (M. Cəlil) mübaliğə-şişirtmə,

 

Öpür qayaları, öpür daşları

Bala sevgisiylə o ana dağlar

Nə yaman qışqırır sular dərədə

Səfərə çıxıbdır arana dağlar.

          (B. Vahabzadə) epitet-bədii təyin

                             Metafora-köçürmə,

 

Ömrə-günə nə deyim!

Yoxdur əsla dincliyim.

Mənim odlu gəncliyim,

Şimşək tək çaxdı getdi.  

          (H. Arif) bədii sual, bədii təyin, epitet, təşbeh-bənzətmə.

 

Mənə gəl-gəl deyir, Təbriz, Miyana

Sən necə baxırsan, Arazım, buna!

          (S. Rüstəm) metonimiya-addəyişmə,

 

Su yerinə qan axar köksündəki hər çeşmədən

Dağ götürsə dərdimi tab eyləməz bu siqlətə

          (S. Təbrizi) mübaliğə-şişirtmə.




Məmmədova Günel Kamandar qızı,

Ağstafa şəhər texniki-humanitar

təmayüllü liseyin Ana dili və ədəbiyyat müəllimi 

Категория: ANA DILIMIZ | Просмотров: 32017 | Добавил: RovshenK | Рейтинг: 4.0/26
Всего комментариев: 111 2 »
11 fidan555   (05.01.2015 18:09:43) [Material]
Günel müəllimə hansı zəmanədir ki,siz dərs izah edirsiniz!!!6 manata Hədəfin az dili və ədəbiyyatdan bütün dərslər qaydalar izahi ile birlikde varr yeni ozunuze eziyyet vermiyinn bos bosunaaa

10 aysen   (26.10.2014 12:02:20) [Material]
litota nədir

9 inci   (23.09.2014 15:53:04) [Material]
Çox sağolun köməyi oldu....

8 aylin   (20.11.2013 01:56:15) [Material]
sag olun coox komek oldu

7 pepee   (09.11.2013 20:44:58) [Material]
tesekkurler amma ne ucun bedi suala aid numunə 1 dənədir?

6 ShebnemEli   (27.04.2013 12:15:14) [Material]
supeeeeeeeeeerrrrrrrrrrrrrrr amma azdır lakin sağolun çox köməyi oldu

5 adsız   (23.12.2012 20:00:32) [Material]
bu qede az?!

4 ülviyye   (22.01.2012 23:04:34) [Material]
salam Günel müellim telebeniz ülviyye

3 elxan   (21.11.2010 09:19:28) [Material]
muellimdi eeeeee

2 Bayram Bagirli   (29.12.2009 00:21:11) [Material]
Muallim siza uzun omur can sagligi arzu ediram.........................

1-10 11-11
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]




Hava haqqında

muellif:Rovshen Kesemenli © 2024