Çərşənbə axşamı, 23.10.2018, 23:15:12


SİZİ SALAMLAYİRAM Гость | RSS


DAXİL OLMA FORMASI
SAYTIN MENYUSU


free counters



Главная » 2010 » Sentyabr » 12 » 2009/2010-cu dərs ili ərzində Ağstafa şəhər Texniki-Humanitar təmayüllü liseydə görülmüş işlərə dair M Ə L U M A T
11:59:41
2009/2010-cu dərs ili ərzində Ağstafa şəhər Texniki-Humanitar təmayüllü liseydə görülmüş işlərə dair M Ə L U M A T
Azərbaycan Respublikası Prezidentinin "Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”nın təsdiq edilməsi haqqında 17 aprel 2006-cı il tarixli, 1414 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 03. 07. 2006-cı il tarixli, 536 nömrəli əmri ilə təsdiq edilmiş Fəaliyyət Planı əvvəlki dərs ilində olduğu kimi 2009/2010-cu dərs ilinin əvvəlində də Ağstafa rayon təhsil şöbəsi rəhbərliyinin iştirakı ilə liseyin pedaqoji kollektivi tərəfindən geniş müzakirə olunmuş, 2008/2009-cu dərs ilində liseydə istedadlı şagirdlərin aşkar edilməsi və inkişafı istiqamətində görülmüş işlər və əldə edilmiş nəticələr bir daha müzakirədə iştirak edənlərin nəzərinə çatdırılmış və yeni 2009/2010-cu dərs ili üçün işlənib-hazırlanmış tədbirlər planı müzakirə olunaraq qəbul edilmişdir.
2009/2010-cu dərs ilinin əvvəlindən başlayaraq liseydə xüsusi istedadı ilə seçilən şagirdlərin aşkar edilməsi və təmayülləri müəyyənləşdirilərək əvvəlki illərdən mövcud olan "İstedad Bankı”na daxil edilməsi davam etdirilmiş, həmin şagirdlərlə işləmək üçün liseyin müvafiq ixtisaslar üzrə təcrübəli müəllimləri cəlb olunmuşdur. Liseyin olimpiadalara hazırlıq mərkəzində istedadlı şagirdlər üçün ayrı-ayrı fənlər üzrə nümunəvi olimpiada tapşırıqları və test topluları hazırlanmışdır. Hesabat dövrü ərzində şagirdlər liseydə keçirilmiş müxtəlif bilik yarışlarında və kiçik olimpiadalarda öz güclərini sınamışlar.
Xüsusi istedadı ilə seçilən şagirdlərimizdən bir qrupu Ağstafa rayon məktəblərarası "İntellektual oyunlar” yarışmasında müvəffəqiyyətlə iştirak etmişlər. Liseyin şagirdlərindən iki nəfəri – Rəhimli Günay Fazil qızı (X sinif) -riyaziyyat və Yaqubəli Bayram Məhəmməd oğlu ( IX sinif)- Azərbaycan dili və ədəbiyyat fənni üzrə fənn olimpiadalarının rayon turunda I yeri tutaraq Respublika olimpiadasında müvəffəqiyyətlə iştirak etmişlər. Istedadlı şagirdlərimizdən beş nəfəri – Rəhimli Günay Fazil qızı – riyaziyyat, Əhmədova Gültəkin Qaraca qızı – biologiya, Kazımova Fatimə Fəxrəddin qızı – riyaziyyat, Mehdiyeva Dilbər İlqar qızı – fizika, Kərimova Ayşən Tariyel qızı - kimya fənni üzrə istedadlı şagirdlərin rayon olimpiadasında I yeri tutaraq "Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)” çərçıvəsində Bakı şəhərində keçirilmiş Respublika seçım turunda müvəffəqiyyətlə iştirak etmişlər.
Liseyin X sinif şagirdi Abbasov Qismət Əli oğlu Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunmuş inşa müsabiqəsinin rayon turunda qalib gələrək Respublika mərhələsində də müvəffəqiyyətlə iştirak etmişdir.
Dərs ili ərzində iki dəfə ( I və II yarımilin sonunda ) liseyin bütün siniflərində yoxlama test imtahanları keçirilmiş və imtahanlarin nəticələrinə əsasən siniflər üzrə şagirdlərin və müəllimlərin reytinq cədvəlləri tərtib edilmiş, nəticələr valideynlərin və RTŞ rəhbərliyinin də iştirakı ilə liseyin pedaqoji şurasının iclaslarında təhlil edılərək müzakirə olunmuşdur.
2006/2007-ci dərs ilində liseyi bitirmiş 22 məzundan 11 nəfəri, 2007/2008-ci dərs ilində 21 məzundan 12 nəfəri, 2008/2009-cu dərs ilində isə 38 məzundan 29 nəfərı ali məktəblərə qəbul olunmuşlar. 2009-cu il qəbul kompaniyasının nəticələri kəmiyyət və keyfiyyət cəhətdən liseyin fəaliyyətı dövrüdə ən yüksək göstərici olmuşdur. 2010-cu ilin yanvar ayında TQDK-nın rayonumuzda keçirilmiş zona müşavirəsində TQDK sədri M.Abbaszadə bu nəticələri xüsusi olaraq qeyd etmiş, bildirmişdir ki, həmin nəticələr ölkəmizin Qərb zonasının məktəb və liseyləri arasında ən yüksək göstəricilərdir. Bu münasibətlə kollektivimizi təbrik edən TQDK sədri müşavirədən sonra Ağstafa RİH Başçısı Elxan Usubovla birlikdə liseyimizdə olmuş, öz hədiyyələrini kollektivimizə təqdim edərək liseydə görülən işlərlə daha da yaxından tanış olmuşdur.
2009/2010-cu dərs ilində liseyin direktoru Nağıyev Nağı Aşıq oğlu və riyaziyyat müəllimi Haqverdiyev Rövşən Haqverdi oğlu gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli pedaqoji fəaliyyətlərinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 22 yanvar 2010-cu il tarixli qərarı ilə Fəxri Fərmanla təltif edilmişlər.
2009/2010-cu dərs ilinin yekunlarına əsasən liseyin XI sinfini 43 nəfər məzun bitirmişdir. Onların hamısı tam orta təhsil üzrə buraxılış imtahanlarından müvəffəq qiymətlər alaraq ali məktəblərə qəbul imtahanlarında iştirak etmişlər. Qəbul imtahanlarının nəticəsi isə daha da uğurlu olmuşdur. Belə ki, məzunlarımızdan 23 nəfəri, yəni 55 faizi nüfuzlu ali məktəblərin tələbələri sırasına qoşulmuşlar. Onlardan Saıxova Günel Mətləb qızı test imtahanlarının keçirildiyi bütün illər ərzində rayonumuzun məzunları arasında ən yüksək nəticə olan 670 bal toplayaraq ATU-nə daxil olmuşdur.




Ağstafa şəhər Texniki-humanitar təmayüllü
liseyin direktoru: / N.A.Nağıyev/




Категория: RƏSMİ XƏBƏRLƏR | Просмотров: 737 | Добавил: RovshenK | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]




Hava haqqında

muellif:Rovshen Kesemenli © 2018