Cümə, 29.03.2024, 04:38:45


SİZİ SALAMLAYİRAM Гость | RSS


DAXİL OLMA FORMASI
SAYTIN MENYUSU


BÖLÜMÜN KATEQORİYALARI
free counters



ƏSAS SƏHİFƏ » 2009 » Dekabr » 06
VIII–XIII əsrlərdə islam ölkələrində elmə verilən böyük qiymətin sayəsində bir sıra alimlər yetişmiş və elm aləminə böyük töhvələr vermişdir. Müsəlman ölkələrində elm Avropa ölkələrinə nisbətən daha geniş yayılmışdı. Bu hər şeydən əvvəl islamın sayəsində mümkün olmuşdu. Məhəmməd peyğəmbər (s.ə.s.) buyurmuşdu: «İnsan beşik evindən məzar evinə qədər elm öyrənməlidir».

Ərəbistanda, islamı qəbul etmiş ölkələrdə və orta Asiya ölkələrində astronomiyanın, eləcədə elmin digər sahələrinin inkişafı davam edirdi. Böyük karvan yolları və dənizçilik, mürəkkəb Ay təqvimi sistematik müşahidələr və astronomiya haqqında bilik tələb edirdi. Ona görə də bir çox müsəlman ölkələrində elmi mərkəzlər və xüsusi rəsədxanalar yaradılırdı. Bu yaradılan rəsədxanarda daimi müşahidələr aparılırdı. Orta şərqdə yerləşən ölkələrdə astronomiya və fəlsəfə yüksək inkişaf mərhələsinə çatmışdı.

İslamın qəbulundan sonra müsəlmanlar arasında yunan, Bizans və Sasani mədəniyyətlərinin elmi irsinə misli görünməmiş bir maraq yarandı. Çox böyük zəhmət və ciddi cəhdlər hesabına islam dünyası bir neçə əsr ərzində dünyanın elm və mədəniyyət mərkəzinə çevrildi. Elmlə məşğul olmaq istəyənlər Çinə yox, Xilafətin paytaxtı Bağdada üz tuturdular. Məhz həmin zamanlar Pifaqor, Platon, Aristotel, Arximed, Qalen, Hippokrat, Evkilid, Ptolomey və başqalarının əsərləri ərəb dilinə tərcümə edildi.
Kateqoriya: ELM VƏ HƏYAT | Baxılıb: 1288 | Əlavə etdi: RovshenK | Tarix: 06.12.2009 | Şərhlər (0)

Professor Lütfi Ələsgərzadə və yaxud dünyada Lüfti Zadə adı ilə tanınan insan 4 fevral 1921-ci ildə Bakıda, Rəhim Ələsgərzadənin ailəsində anadan olmuşdur. O, dünyaya göz açan dövrlər çox təzadlı və ziddiyyətli idi. Öz intibahına qədim qoymuş Azərbaycanda köhnəliklə yeniliyin səngiməyən mübarizəsi gedirdi.

Kateqoriya: ELM VƏ HƏYAT | Baxılıb: 1569 | Əlavə etdi: RovshenK | Tarix: 06.12.2009 | Şərhlər (1)


Bağdad şəhərindəki İmam Musa ibn Kazımın məzarı yanında sadə və qərib bir məzar da var. Məzarın başdaşı üzərində ərəb əlifbası ilə və olduqca gözəl bir xətlə bu sözlər yazılıb: "Dinin və xalqın dayağı, elm dünyasının şahı. Analar belə bir oğul bir daha doğmadı”. İnsan qəlbini riqqətə gətirən bu sözlər Azərbaycan xalqının dünya elm-mədəniyyətinə verdiyi və bu gün də adı elm aləmində qürurla çəkilən görkəmli filosof, astronom, riyaziyyatçı, tarixçi, iqtisadçı və hüquq elmləri bilicisi kimi tanınan Məhəmməd ibn Həsən Nəsirəddin Tusi haqqındadır. Əsrlər ötsə də, Nəsirəddin Tusinin yaradıcılığına maraq heç zaman azalmır. Bircə faktı deyək ki, son 100 ildə dünyada həyatı və yaradıcılığı onun qədər araşdırılan ikinci bir dahi tapmaq çətindir.

Kateqoriya: ELM VƏ HƏYAT | Baxılıb: 2341 | Əlavə etdi: RovshenK | Tarix: 06.12.2009 | Şərhlər (0)


1970-80-ci illərdə kompyuter texnologiyası o qədər inkişaf etmişdi ki, artıq onlardan evdə və ofisdə fərdi halda istifadə etmək olurdu. Kompyuter istifadəçiləri artdıqca qeyri-adi və sirli qruplar yaranmağa başladı. Haker terminindən ilk dəfə 1983-cü ildə «Newsweek» jurnalı istifadə edib. Jurnal hakerləri belə təqdim edirdi: «onların qeyri-adi ağıllıları var». Hakerlər kompyuterin «daxilinə» nüfuz edərək təhlükəsizlik xidmətini keçir, hətta FTB (Federal Təhlükəsizlik Bürosu) üçün təhlükə yaradırlar. Bir çox hakerlər kompyuter tarixində silinməz iz qoyaraq bu işə yeni başlayanların kumirinə çevriliblər.
Kateqoriya: ELM VƏ HƏYAT | Baxılıb: 1500 | Əlavə etdi: RovshenK | Tarix: 06.12.2009 | Şərhlər (1)





Hava haqqında

muellif:Rovshen Kesemenli © 2024